Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


İstədim....

  • Müəllif  Adminka

 

İstədim....

Gözlərinə baxdım.. Baxdıqca qayıtmaq, geriyə dönmək istədim..Istədim səndən, gücün çatan ve çatmayan, sənin olan və olmayanları.. Dəniz istədim səndən, ucsuz bucaqsız, elə bir dəniz istədim ki, o dənizin müqəddəs sularını heç bir naməhrəm gəmi murdarlaya bilməsin.. 
 Gözlerinə baxdım.. Qaynamaq, daşmaq, çağlamaq istədim.. İçimdəki fırtınanın zəncirlərini qırmaq, bu fırtınaya təslim olub sərsəri kimi dolaşmaq, sənin yanına qaçmaq istədim.. Yuxu görmək istədim, elə bir yuxu ki, orda sən, mən bir də dəniz olsun.. Bizim üçümüzün də biri -birimizi dəli kimi sevməsini duymaq və bu yuxudan heç ayılmamaq istədim....  
Gözlərinə baxdım.. Nəfəsinin istisini, saçının qoxusunu duymaq istədim.. Günahlarımdan qaçıb, ölməyib, acgözlüklə bir ümid, bir arzu dalınca uzun bir yola çıxmaq istədim.. Sınmış arzuların, puç olmuş, saralıb solmuş çiçəklərin arasından bir cücərti, bir fidan, kiçiçik bir qönçə axtarıb tapmaq istədim.. Dünya istədim səndən, elə bir dünya ki, orda insanlar xoşbəxtdir, orda silah yoxdur, orda qan tökmürlər.. Elə bir dünya ki, orda sevgidən və inamdan, şərəfdən və namusdan ali heç nə yoxdur.. Dənizləri sakit, insanları  gözəl, gül çiçəkləri solmayan, payızı olmayan, sənin gözəl gözlərindəki baxışlarından indiki kimi qəm süzülməyən bir dünyanı istədim.. Yaşamaq istədim.. 
 Gözlərinə baxdım.. Sənin istəklərinə acıdım, sənin istəklərini, arzularını, hisslərini istədim.. Səndən yarımçıq olmayan, qayğısız, ağrısız-acısız, istəklərin və arzuların tükənə biləcəyi, xoşbəxtliyin dadından doyula biləcək bir ömür istədim.. O gözəl gözlərin, o təmiz bəbəklərin dərinlyində özünə isti yuva qurub, baxışlarından süzülən o qəmə kədərə usyanlardan, savaşlardan yorulsam belə, yenə də, yenə də, yenə də üsyan etmək istədim...  
Gözlərinə baxdım.. Səni sevmək istədim.. Bütün varlığımla, özüm-özlüyümlə, gücüm, təmkinim, iradəmlə sənə təslim olmaq, sənin olmaq istədim.. İstədim...
 
Coşqun Odər.



Oxşar mövzular:
  • Sənin olmaq iSTəyirəm!!!
  • Bir otaq istəyirəm,...
  • Söyləyə bilmədim...
  • NİYƏ ANA??


  • Gerİ dön


    7 şərh


    • Salam, size yazan bu yazinin muellifidir. Xahis edirem silesiniz, tesadufen internete dusub. Tesekkur edirem!

      Salam, size yazan bu yazinin muellifidir. Xahis edirem silesiniz, tesadufen internete dusub. Tesekkur edirem!


    • Cosqun
    • Xəbərlər: 0
    • Şərhlər: 1
    • İCQ:


    • Gözlərinə baxdım.. Baxdıqca qayıtmaq, geriyə dönmək istədim..Istədim səndən, gücün çatan ve çatmayan, sənin olan və olmayanları.. Dəniz istədim səndən, ucsuz bucaqsız, elə bir dəniz istədim ki, o dənizin müqəddəs sularını heç bir naməhrəm gəmi murdarlaya bilməsinyola çıxmaq istədim.. Sınmış arzuların, puç olmuş, saralıb solmuş çiçəklərin arasından bir cücərti, bir fidan, kiçiçik bir qönçə axtarıb tapmaq istədim.. Dünya istədim səndən, elə bir dünya ki, orda insanlar xoşbəxtdir, orda silah yoxdur, O gözəl gözlərin, o təmiz bəbəklərin dərinlyində özünə isti yuva qurub, baxışlarından süzülən o qəmə kədərə usyanlardan, savaşlardan yorulsam belə, yenə də, yenə də, yenə də üsyan etmək istədim...
      Gözlərinə baxdım.. Səni sevmək istədim.. Bütün varlığımla, özüm-özlüyümlə, gücüm, təmkinim, iradəmlə sənə təslim olmaq, sənin olmaq istədim.. İstədim... 50


    • Melekler Aglar
    • Xəbərlər: 4
    • Şərhlər: 49
    • İCQ:


    • yene de ela bir hekaye ve super sozler cox sagolun

    • --------------------------------------------
      Burda qocalib ölmək istədiyim vaxtlar olub həyatimda..Amma saytim sagolsun əlindəkilerin dəyərini bilmək əvəzinə daima itirə-itirə gəzir...Menimde heyatda en qorxdugum sey terk edilmek olub..Dediklerim bezilerine mraqsiz geel biler amma bu menim oz dusuncemdi ...Kimisi bura eylenmeye ,kimisi tamam basqa meqsedlerle girir bura..Amma men sadece onu deyim ki menim en onemli vaxtimda cox seyleri oyretdin mene saytim..Buna gore sene borcluyam..Amma cox tesuf ki itirirsen amma calis qazan kecmisde buraxdiqlarini onlar senin ilk goz agrindilar ..Sadece bundan sonra qazanmaga calis saytim..Ozunuze yaxsi baxin meni sevmeyenlerde sevenlerde her kese oz Real heyatinda Ugurlar..


    • .....
    • Xəbərlər: 270
    • Şərhlər: 3042
    • İCQ:


    • maraqlive menali sozler idi.tewekurrrrrrrrrrrrrrrrrrrrrrrrrr


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • Hmm teshekkur..)

    • --------------------------------------------
      Xoşbəxt Olun
      Amma Məndən
      Uzaqda.. Ok?!…

      25 October
      {@y P@r(@m}

    • Riri ^^)
    • Xəbərlər: 121
    • Şərhlər: 2934
    • İCQ:


    • hmmmmmmmm tesekkur

    • --------------------------------------------


      Rest çekmişim hayata kimseye Eyvallahim yok...!!!
    • unut_getsin
    • Xəbərlər: 10
    • Şərhlər: 917
    • İCQ:

    • ELEN))
    • 17 yanvar 2014 12:03
    •  

    • Gözlərinə baxdım.. Səni sevmək istədim.. Bütün varlığımla, özüm-özlüyümlə, gücüm, təmkinim, iradəmlə sənə təslim olmaq, sənin olmaq istədim.. İstədim...amaa...heyat... tesekkurler maraqli idi cox beyendim.

    • --------------------------------------------
      Sənin hərisliyin mənim biraz tərsliyim var..Sənnən öyrəndiyim yalanlardan dərsliyim var.Boğulanda gözyaşlarinda bilki gəlirəm qarşına.Mən unutmadım olanları, nifrətimə görə bağışla...

    • ELEN
    • Xəbərlər: 114
    • Şərhlər: 1361
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Oktyabr 2021    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Style I Style II Style III