reklam
Kəpək bu təhLükəLi xəstəLiyin simptomu oLa biLər.. Kəpək bu təhLükəLi xəstəLiyin simptomu oLa biLər.. https://take.az/uploads/posts/2020-11/thumbs/1605802894_loading.az_36c8cdf6-7f82-3ae1-b575-33e6ff5c016b_850.jpg
ice berg

ice berg Dəri və saç 19-11-2020, 23:00

Kəpək bu təhLükəLi xəstəLiyin simptomu oLa biLər..

Kəpək bu təhLükəLi xəstəLiyin simptomu oLa biLər..
Parkinson xəstəliyinin əlamətlərindən biri də kəpəkdir.

Bu barədə "Express" nəşri Böyük Britaniyada Parkinson xəstəliyini öyrənən cəmiyyətin məlumatlarına istinadən yazıb.

Söhbət Seboreik dermatit xəstəliyindən gedir. Seboreik dermatit - baş dərisi, eləcə də bədəndə piy vəzilərinin üstün olduğu nahiyələrdə inkişaf edən iltihabi xarakterli xroniki dəri xəstəliyidir. Onun xarakterik kliniki simptomlarına dərinin qaşınması ilə müşayiət edilən iltihab və pulcuqlanma aiddir.

Eyni zamanda, alimlər hələ də Seboreik dermatitin Parkinson xəstəliyindən əziyyət çəkən xəstələrə necə təsir etdiyini açıqlaya bilməyiblər.

Qeyd edək ki, Parkinson dofaminergik niqrostriar neyronların azalması ilə assosiasiya olunan beynin neyrodegenerativ xəstəliyidir. Parkinson xəstliyi il ərzində hər 100 min nəfərdən 5-21-də rast gəlinən haldır və dünyada həmin xəstəliyə mübtəla olan təqribən 330 min nəfər var. Xəstəliyin ilk əlamətləri adətən yaşı təxminən 55 ətrafında olanlarda meydana çıxsa da, hər 10 xəstədən birində xəstəlik 40 yaşdan əvvəl baş verir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
211 186 197 198 194 191

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.