reklam
Bunu edən anaların övladları AĞILLI OLUR Bunu edən anaların övladları AĞILLI OLUR https://take.az/uploads/posts/2021-03/1616223505_loading.az_10-57-39-1182067.jpg
Kənan Heydərov

Kənan Heydərov Ana və uşaq 20-03-2021, 11:04

Bunu edən anaların övladları AĞILLI OLUR

Bunu edən anaların övladları AĞILLI OLUR
Övladlarınızı tez-tez qucaqlayan valideynlərdənsiniz? Onda bunu etməyə davam edin.
LoaDiNG.Az publika.az-a istinadən xəbər verir ki, övladlarını tez-tez qucaqlayan anaların övladlarının beyni daha yaxşı inkişaf edir.

Yeni tədqiqatlar göstərir ki, uşaqların inkişafı dövründə onlarla fiziki təmasın siz düşündüyünüzdən daha böyük əhəmiyyəti var.

Ohayo Milli Uşaq Xəstəxanasında aparılan bir araşdırma göstərib ki, uşaqlarınızı nə qədər çox qucaqlasanız, onların əqli bir o qədər güclü inkişaf edir.

125 uşağın iştirak etdiyi araşdırmada fiziki təmasın onlara təsirləri müəyyənləşdirilib. Araşdırmalar göstərib ki, vaxtından əvvəl dünyaya gələn və küvesdə saxlanılan uşaqlar fiziki təmasa vaxtında dünyaya gələn uşaqlardan daha az reaksiya göstərir. Bundan başqa məlum olub ki, analarına və ya xəstəxana işçilərinə daha çox bağlı olan uşaqların beyni daha aktiv reaksiya verib.
Araşdırmanın rəhbəri olan həkim Natali Metrin sözlərinə görə, uşağın əqli inkişafında sığalın və qucaqda yelləməyin rolu böyükdür:

"Biz əmin olduq ki, vaxtından qabaq doğulmuş körpələrin hamiləlik dövründə, ananın bətnində olarkən hiss etdikləri mehriban, zərif və qayğıkeş ana toxunuşunu hiss etməsi vacibdir".

Bütün yuxarıda yazılanlar bizə bir daha sübut edir ki, fiziki bağlılıq beynin inkişafı üçün vacibdir. Bu səbəblə uşaqları mümkün qədər tez-tez qucaqlayın!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
265 229 240 296 252 314

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.