reklam
Pomidor yumurtanı belə hazırlayın Pomidor yumurtanı belə hazırlayın https://take.az/uploads/posts/2023-05/medium/1683566056_pomidor-yumurta-735x400.jpg
sonsuz_sevgi

sonsuz_sevgi Mətbəx 8-05-2023, 22:00

Pomidor yumurtanı belə hazırlayın

Pomidor yumurtanı belə hazırlayın
bu dəfə sizə pomidor yumurtanın hazırlanma qaydasını təqdim edirik.



Ərzaqlar

5 orta ölçülü pomidor, iri-iri doğranmış (qabığını soymağa gərək yoxdur)

3 xörək qaşığı kərə yağı

3 yumurta

Duz

İstiot



Necə hazırlanır?

Tavada kərə yağını əridib üzərinə pomidorlarınızı qoyun. Pomidorlar yumşalana və suyunu buraxana qədər bişirin.
Bu vaxt artıq iri pomidor parçaları kiçilmiş olmalıdır. Bişirən zaman vaxtaşırı taxta qaşıqla qarışdırmaq lazımdır ki, pomidorun şirəsi tavaya yapışıb yanmasın.
Yumurtaları dərin bir qaba qırıb çəngəlllə yavaşca qarışdırıb pomidorun üzərinə tökün. Üzərinə zövqə görə duz və istiot əlavə edin.
İstəsəniz yeməyin üzərində kiçik deşiklər də aça bilərsiniz. Yumurta bu deşiklərə axıb bişəcək. Ancaq yeməyi qarışdırmaq lazım deyil.
İsti-isti elə bişdiyi tavadaca və ya qaba boşaldıb süfrəyə verin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
175 200 191 168 158 186

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.