Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Vyana Eurovision-2015-ə start verməyə hazırlaşır

  • Müəllif  Asef

Vyana Eurovision-2015-ə start verməyə hazırlaşır

 

Vyanada keçiriləcək 60-cı Eurovision mahnı müsabiqəsinin final mərhələsində beynəlxalq bukmekerllər isveçli Mans Zelmerlow -un qələbə şanslarını yüksək hesab edir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Skandinaviyalı ifaçı "Heroes" mahnısı ilə çıxış etməlidir. Bukmeker proqnozlarına əsasən, Rusiya təmsilçisi Polina Qaqarina "Million Voices" mahnısı ilə ikinci, avstraliyalı Guy Sebastian "Tonight Again" kompozisiyası ilə - üçüncü yeri tuta bilərlər.
Finalda Cənubi Qafqaz ölkələrinin nümayəndələri də çıxış edir: Ermənistanı təmsil edən "Genealogy" "Face The Shadow" kompozisiyası ilə səhnəyə 6-cı nömrə altında çıxır, "Warrior" mahnısı ilə gürcü ifaçısı Nina Sublatti-dən sonra - 24-cü nömrə ilə öz "Hour Of The Wolf" kompozisiyasını Elnur Hüseynov təqdim edəcək.
Britaniyanın "The Telegraf" qəzeti yazır ki, 2008-ci ildəki mahnı yarışmasında Samirlə duet şəklində çıxış etmiş Elnur Eurovision səhnəsinə ikinci dəfə qalxır və artıq bu il Türkiyənin "O Ses" müsabiqəsinin qalibi olub.
Son illər Azərbaycan təmsilçilərinin müvəffəqiyyətini qeyd edən nəşr Elnurun yaxşı çıxış etdiyi təqdirdə təəccüblənməməyə çağırsa da, onun qalib gəlmək ehtimalının yüksək olmadığını bildirir.
Eurovision-2015 top beşliyinə İtaliya və Estoniya iştirakçılarının daxil olması güman edilir. Finalda 27 ölkə nümayəndəsi iştirak edir. İngiltərə, Fransa, İspaniya, İtaliya və Almaniya Eurovision mahnı müsabiqəsinin təsisçi ölkələri kimi, Avstriya ev sahibi qismində birbaşa finalda mübarizəsiz iştirak edirlər.
Final sloveniyalı duet Maaraya (Marjetka Vovk və prodüser Aleš Vovk) "Here For You" mahnısı ilə başlayacaq, son müsabiqə mahnısını (Grande Amore) İtaliyadan Il Volo triosu təqdim edəcək.
Eurovision müsabiqəsinin 60-illik yubileyi münasibətilə təşkilatçılar finalda Eurovision müsabiqəsinin böyük sayda pərəstişkarları olan Avstraliya nümayəndəsinə çıxış etmək icazəsi veriblər.


Oxşar mövzular:
  • Bu gecə finalıdır
  • elnur sehneye 11-ci cixacaq
  • Bu gün "Eurovision-2014"ün finalıdır
  • Azərbaycan "Eurovision-2013" mahnı müsabiqəsinin finalına çıxıb!
  • Mehriban Əliyeva "Eurovision Bakıda" filminin və kitabının təqdimat məras ...


  • Gerİ dön


    1 şərh


    • Lap yaxşı _____

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Fevral 2023    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728 
    Style I Style II Style III