Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Elnur niyə məğlub oldu?

  • Müəllif  Asef

Elnur niyə məğlub oldu?

 

"Elnur Hüseynovun "Eurovision-2015"də məğlubiyyətinin birinci səbəbi onun müsabiqədə ifa etdiyi mahnının düzgün seçilməməsidir"

Bunu aznews.az-a xalq artisti, Azərbaycanın estrada ulduzu Mübariz Tağıyev deyib. 

Sənətkarın fikrincə, hazırda musiqi duyumu olan insanlar azdır:"Bu müsabiqənin isə öz istiqaməti var. Yarı özfəaliyyətdir, yarı peşəkar. Çoxları bunu düşünmürlər. Bircə o olsun ki, çıxıb hər kəs dövlətlərini təmsil etsinlər. Bizdə də bir xəstəlik var ki, hər yerdə birinci olmaq istəyirik. Bu isə hər dəfə olmur". 

M.Tağıyev vurğulayıb ki, bu günə kimi "Eurovision" müsabiqəsində Azərbaycan musiqi ladı eşidilməyib: "Mənim etirazım bunadır. Azərbaycanı təmsil edirsiniz, heç olmasa bir dövlətin ab-havasını duyun. Bunu yaddan çıxarmayın, nə olursa-olsun, biz Azərbaycanı təmsil edirik. Bu günə kimi "Eurovision" müsabiqəsində elə bir mahnı olmayıb ki, Azərbaycanla bağlı olsun. Bilmirəm, səslənən mahnılar haradan gəlir? Bundan sonra qatılacağımız müsabiqələrdə bunu düşünmək lazımdır". 

Xalq artisti təəssüf hissi ilə qeyd edib ki, bütün Avropa şərq musiqisinə üstünlük verir, ordan-burdan nəsə oğurlayır: "Biz isə əksinə gedirik. Bizim musiqi zəngindir. Yaşımın elə vaxtıdır ki, bunu deməliyəm. İstəyirlər qəbul etsinlər, ya da etməsinlər. Azərbaycan musiqisinin ladı və "Şur" üstündə yazılan mahnıları var. Niyə ondan istifadə etmirlər. Ümumiyyətlə, Elnur yaxşı oxudu, amma problem ayrı yerdəndir". 

Xatırladaq ki, Avstriyanın paytaxtı Vyana şəhərində "Eurovision-2015" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Elnur Hüseynov "Hour of the Wolf" mahnısını səsləndirib və 49 balla 12-ci yeri tutub. İsveç təmsilçisi Mons Selmerlöv isə 365 bal toplayaraq qalib olub. 



Oxşar mövzular:
  • Ebrudan Elnuruma >>sen helede bizim cempionumuzsan>>
  • "Eurovision 2015" mahnı müsabiqəsinin qalibi müəyyənləşdi - FOTOSESSİYA
  • Vyana Eurovision-2015-ə start verməyə hazırlaşır
  • "Eurovision-2015" səsverməsində Azərbaycan dördüncüdür
  • elnur sehneye 11-ci cixacaq


  • Gerİ dön


    1 şərh


    • Eybi yox gələn dəfə yaxşı olar

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Fevral 2023    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728