reklam
Yenə təlatümsüz gəlib keçdi yay Yenə təlatümsüz gəlib keçdi yay https://take.az/uploads/posts/2019-06/1560788744loading.az_drawn-woman-flower-crown-588241-3903076.jpg
Love Angel

Love Angel Sevgi / Şeirlər 30-06-2019, 15:20

Yenə təlatümsüz gəlib keçdi yay

Yenə təlatümsüz gəlib keçdi yay
Doyunca baxmadım gülə, çiçəyə,
Nəğmə oxumadım bir kəpənəyə,
Zövqlə baxammadım quşa, böcəyə,
Heç qanad vermədim bircə diləyə,
Yenə təlatümsüz gəlib keçdi yay.

Dadın çıxarmadım yenə də fəslin,
Bir quşa demədim hardandır əslin,
Haradan gəlibsən, Haradır elin?
İstəsəm bilərdim quşların dilin,
Yenə təlatümsüz gəlib keçdi yay.

Nə gölə, nə çaya bir an baxmadım,
Güllərdən saçıma çələng taxmadım.
Toylarda əlimə xına yaxmadım,
Şimşəktək səmada niyə çaxmadım?
Yenə təlatümsüz gəlib keçdi yay.

İstəsəydim növ-növ güllər açardım,
Uşaqtək çəməndə hər gün qaçardım.
Dünyaya Günəştək sevinc saçardım,
Qartaltək səmada qıyla uçardım,
Yenə təlatümsüz gəlib keçdi yay.

Soyuq təkliyimdə heç darıxmadım,
Kölgəyə qısıldım, günə çıxmadım.
Ana təbiətin əlin sıxmadım,
Tənhalıq sevgimi yerə yıxmadım,
Yenə təlatümsüz gəlib keçdi yay.

Özümü otağa məhkum eylədim,
Üzümü yenə də yaydan gizlədim.
Yaxşını, yamanı gizlin ələdim,
Arabir dünyama şeir çilədim,
Yenə təlatümsüz gəlib keçdi yay.

Qapımda dayanıb işarır payız,
Ona da sözümü deyim bir ağız.
Ey payız, sən, yaman arsızsan, arsız.
Səndən də yan qaçır şeir yazan qız,
Yenə təlatümsüz gəlib keçdi yay.

Aynur Haqverdi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
275 296 317 258 289 282

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.