reklam
Baba Vəziroğlu - Bilirəm tək yanan mən olacağam. Baba Vəziroğlu - Bilirəm tək yanan mən olacağam. https://take.az/uploads/posts/2022-01/thumbs/1642737635_baba-veziroglu-bilirem-tek-yanan-men-olacagam.jpg
n2006

n2006 özünü 😔 qəmli hiss edir. Şeirlər 21-01-2022, 15:00

Baba Vəziroğlu - Bilirəm tək yanan mən olacağam.

Baba Vəziroğlu - Bilirəm tək yanan mən olacağam.
Bu da son ayrılıq,son dayanacaq,
Qismətindən əlindən biz hara qaçaq ?
Günah kimdə oldu bilmirəm,ancaq
Bilirəm tək yanan mən olacağam.

Bilmirəm sevincdən ya qəmdən oldu,
Bilmirəm dumandan ya çəndən oldu,
Bəlkə də ayrılıq tək səndən oldu,
Bilirəm tək yanan mən olacağam.

Min günah eylədin sən dönə-dönə,
Bağışladım səni sınadım yenə,
Yenə də,yenə də sənin xətrinə,
Bilirəm tək yanan mən olacağam.

Niyə ayrılırıq, hara gedirik ?
Vurub qəlbimizə yara gedirik.
Bəlkə ikimizdə günah edirik,
Bilirəm tək yanan mən olacağam.

Bəlkə bir yuxudur oyanmalısan,
Bəlkə geri dönüb dayanmalısan.
Cəhənnəm odunda sən yanmalısan,
Bilirem tək yanan men olacagam.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
285 245 248 238 269 222

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.