Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Sürücülərin diqqətinə! Avtomobili yaya belə hazırlayın

  • Müəllif  Asef

 

Artıq maşınlara yay fəslinə uyğun qulluq göstərmək zamanı çatıb. Bu işdə gecikmək olmaz. Axı avtomobilə düzgün və müasir xidmət onun istifadə müddətində də özünü göstərəcək. 

Take.Az Day.Az saytına istinadən yaya hazırlıq qaydalarını təqdim edir: 

Yay aylarında insanların çoxu şəhər həyatından uzaqlaşaraq təbiət qoynuna can atır. Çoxları uzun səyahətləri də sevir. Ancaq maşın hər zaman bu yükə hazır olmaya bilər. Bu səbəbdən də çətinliklər yaratması mümkündür. 

Yay aylarında təkərlərdəki havanın təzyiqinə diqqət yetirmək gərəkdir. Yaz-yay aylarında həmin təzyiqin 2.0 və ya 2.1 bar olması tövsiyə edilir. Təkərlərin tez aşınmasının qarşısını almaq üçün isə yerləri dəyişilməlidir. 

Yay fəslində avtomobilin rahat işləməsi üçün mühərrikin və sürət qutusunun yağını, əyləc mayesini, soyutma sisteminin mayesini dəyişmək gərəkdir. 

Mühərriki də nəzərdən keçirmək lazımdır. Mühərriki yumaq tövsiyə edilmir. Onu yalnız quru dəsmal ilə yaxşıca silmək olar. Bundan başqa, akkumulyator qış fəsli ərzində gərgin işləyir. Ona da qulluq tələb olunur. Yenidən enerjiyə qoymaq və distillə edilmiş su əlavə etmək lazımdır. 

Amortizatorların, sükan mexanizminin və əyləc borularının nəzərdən keçirilməsi vacibdir. 


Oxşar mövzular:
  • QRİPDƏN QORUNMANIN YOLLARI
  • Üz dərisinə qulluq
  • Dırnaqlara qulluq
  • Payız mövsümündə quru dəriyə qulluq
  • İsti yay fəslində nələrə diqqət etməliyik?


  • Gerİ dön


    1 şərh


    • atam mawin ustasi olduqu ucun men artiq bunlari bilirem cox saq olun melumata gore

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Fevral 2023    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728 
    Style I Style II Style III