Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Avtomobil sahiblərinə şad xəbər

  • Müəllif  Asef

 

Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə sənədi verməkdən azad olunacaqlar.

Trend-in məlumatına görə, bu barədə məsələ parlamentin mayın 29-da keçirilən plenar iclasının gündəliyinə daxil edilən "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs indiyə qədər təqdim etdiyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi təqdim etməkdən azad olunur.

Dəyişiklik iclasda müzakirə edildikdən sonra səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu dəyişiklik Vergi Məcəlləsinə edilən dəyişkliyə uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyekti deyil, yəni 2015-ci ildən etibarən mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi və fiziki şəxslər illik yol vergisini ödəməyəcəklər.



Oxşar mövzular:
  • Torpaqların qeyri-qanuni zəbt edilməsi ilə bağlı tələblər sərtləşdirilir
  • Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edildi
  • Ev satanlar oxusunlar
  • Azərbaycanda sığorta şirkətləri üçün "MƏŞHƏR GÜNÜ"
  • "Aztelekom"a cərimə kəsdilər...


  • Gerİ dön


    2 şərh


    • tewekkurler ela

      tewekkurler ela


    • Xəbərlər: 0
    • Şərhlər: 1
    • İCQ:


    • XəbərƏ görə tşəkkür 44

      XəbərƏ görə tşəkkür 44

    • --------------------------------------------
      Səni tərk etməm sözünə inandığım bir insan var "Anam"❤
    • qokki:D
    • Xəbərlər: 36
    • Şərhlər: 2147
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Fevral 2023    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728 
    Style I Style II Style III