Dünyanın ən məşhur iki cümləsi...
I love you və...
Made İn China...
İkisinində qarantiyası yoxdur...
Yalnız Azərbaycanda kredit götürən zaman bankı inandırmalısan ki, sənin pula ehtiyacın yoxdur, maaşın superdir, möhtəşəm gəlirin var. Kefindən, elə-belə pul götürürsən.
Məni Qız Qalası kimi ortada buraxdın. Bəlkə bir gün bir qayığa minib də yanıma gəlmək istəsən, gəlmə. Çünki bütün İstanbul artıq mənə aşiqdir.
(Sunay Akın)
Bir gün gələcək, bütün qorxularımı və şübhələrimi arxada qoyaraq, xəyallarımla dolu çamadanımı alıb geriyə dönməmək üzrə təyyarəyə minəcəyəm...
Qəti paxıllığım yoxdu. Məni sevməyənlərin qapısında həmişə 3 maşın olsun istəmişəm, 101,102,103...
Adam qorxusundan münasibət qurmaq istəmir ki, birdən hər şey yaxşı olar, ayıb olmasın deyə evlənmək məcburiyyətində qalarsan.
"Mənim dərdlərimdə mənə doğmadı,
Örtürəm üstünü birdən soyuq olar"...
Sevgini ürəyində tut. Onsuz bir həyat, çiçəksiz bir bağça kimidir.
Sevgi gözləmədiyin anda yaranan hisslerdəndir…
Xoşbəxt var dövləti olan deyil,dövlətə ehtiyacı olmayandır
"İnsanlıq" qəzaya uğrayıb."Ədəb" hadisə yerindəcə həyatını itirib."Əxlaq" isə reanimasiyadadır,həyati təhlükəsi davam edir...
"Sənin xeyrinə deyirəm" cümləsi ilə başlayan tənqidlərin 80%-i insanın öz narahatlığını yaxşılıq adı ilə paketləməsidir. Sizə yaxşılıq kimi təqdim olunan məsləhətin sərhəd pozuntusu olub-olmadığına diqqət edin.
Bəzi yaralar sağalmaq üçün yox, sanki xatırlamaq üçündür....Çünki bəzən ağrı unudulmur, o səni kim olduğuna çevirir. Yara bədəndə deyil, yaddaşda qalanda insan artıq sağalmır, sadəcə davam edir...
Bu gün, 8 Noyabr Azərbaycanın tarixinə silinməz izlərlə yazılmış, tarixi ədalətin bərpa edildiyi “Zəfər Günü”dür.
🇦🇿❤️
Qohumlarımdan xahiş olunur ki
Bizə gələndə o balaca şeytancıqları gətirirsz
Sora evimizdə 4 cü dünya müharibəsi olur
Ona görə xahiş olunur ki evə öz şeytanlarıvızı gətirmiyin🤨😁
Biri mənə dedi ki;"Sənin həyatda qarşılaşacağın bütün çətinliklərin arxasında gözə görünməz Ata boşluğu duracaq"
Uşağikən özümün ayrıca bir otağım olmağını o qədər çox istəyirdimki, amma indi o otağa sahib olsamda, divarları üstümə üstümə çox gəlir.
Bu ili heç vaxt unutmayacam...Nələr, nələr yaşadım, çox sınaqlardan keçdim, gülüşüm soldu, içimdəki uşaq öldü, əsəb, stress qazandım və çox şeyi itirdim...
Gül ki, ey qönçə dodaqlım, ki baxıb mən də gülüm,
Tanrı bir başqa gözəllik yaradıb səndə, gülüm.