reklam

Yuxu yozmaları U hərfi

Ulduz – yuxuda görülən ulduz yüksək şərəf sahibi bir insana yozulur.
Ulduz axması – yuxuda birdən-birə göydən ulduz axması və yuxu görənin üstünə gəlməsi –bu , hər kəs üçün ən xoş və ən əziz istək olub ,murada çatmağa yozulur.
Un – halal mala, ruziyə işarədir.
Uçmaq – Röyada uçmaq – yolçuluğa, baş aşağı uçmaq – rahat, arxayın yolçuluğa işarədir.
Səfərdə olmayan adamın yuxuda uçması – işsizliyə, tənbəlliyə yozulur.
Xəstə adamın yuxuda uçması – ölümə işarədir.
Röyada qanadlanıb uçduğunu görmək – yolçuluğa, qanadsız uçmaq – ağır, zəhmətli yolçuluğa, səfərə yozulur.
Bir evin damından digər evin damına uçmaq – tanınmış bir adamla əlaqəni kəsib, başqa bir tanınmış adamın tərəfinə keçmək anlamındadır.
Bu röya, eyni zamanda, bir qadını buraxıb, başqasını almağa da yozulur.
Quşlarla birgə uçmaq – yad, yabançı adamlarla görüşməkdir, qəriblik və yalnızlıqdır.
Röyada havaya doğru uçduğunu görən kimsə ölümcül xəstə yatacaq, lakin bu azardan şəfa tapacaqdır.
Bir yerdən başqa yerə uçmaq – şərəf və qüdrət sahibi olacaqsınız.
Dağ üzərində uçmaq – səltənətə və ya böyük bir məqam sahibi olacağınızı; bütün düşmənlərinizə üstün gələcəyinizi Uçarkən bir şeyin üzərinə düşmək – düşdüyünüz o şeyin sahibi olacaqsınız.
Başqa yozumlara görə, yuxuda uçmaq – elm öyrənməyi, günah işləməyi, yüngül davranışı da ifadə edir.
Ucuzluq –yuxuda ucuzluq olduğunu görmək pulun qiymətdən düşəcəyinə ,dəyərini itrəcəyinə işarədir.
Ud (musiqi aləti) – yuxu sahibinin qeyri-adi musiqi yetənəyi var deməkdir.
Uzunluq (boyun uzanması) – yuxuda boyunun uzandığını görmən – adamın elmi və malı artacaq.
Universitet – Röyada universitetdə dərs dinləmək və ya hər hansı bir konfransda iştirak etmək – durumunuzun yaxın günlərdə düzələcəyini xəbər verir.
Uçurum – Yuxuda bir çuxura, uçuruma düşdüyünü və oradan çıxa bilmədiyini görən adam ləyaqətini alçaldan üzücü bir olayla qarşılaşacaqdır.