reklam

Yuxu yozmaları B hərfi

BABA-Röyada babanızı görmək-çoxlu uşağınız olacaq və məsud bir həyat sürəcəksiniz deməkdir.

BAQAJ (yük)-Röyada bi yığın şəxsi əşya və baqajla əlləşmək məcburiyyətində qalarsınızsa, bu-pulla bağlı bir çox dərdlərin və qayğıların fəna halda canınızı sıxacağı, sizi incidəcəyi anlamına gəlir.

BAQQAL-Dini məsələlərlə dünya işlərindən daha çox vaxt ayırmanız üzündən gələcəkdə maddi baxımdan sıxıntılı günlər yaşayacağınıza işarədir.

BAĞBAN-Röyada bağçada çalışan bir bağban görmək-ailə səadətiniz mükəmməl bir hal kəsb edəcəkdir.

BAĞIRSAQ-Yuxuda bağırsağın qarından çıxıb görünməsi-arvadı boşamağa və ya ailədə bir nəfərin xəstələnəcəyinə; bağırsaqlardan birinin yarılıb dəlinməsi-ayrılığa və ya ölümə; yalnız bağırsaq görmək-mala, vara işarədir. Yuxuda bağırsağını yeyən adam öz malını yeyir deməkdir. Başqasının bağırsağını yemək-röya sahibinin əlinə bir qədər mal-dövlət keçəcəyinə yozulur.

Yuxuda bir adamın bağırsağını çıxarıb qarnını su ilə doldurduğunu və ya təmizlədiyini görməsi-onun şəhid olacağına yozulur. Bağırsaq-eyni zamanda, gizli mal anlamına gəlir.

BAĞÇA-Röyada bağça görmək qədər xeyrə əlamət sayılıan bir şey  ola bilməz, bağça röyaları ən xoşbəxt, taleli yuxulardandır.

Özünü bağçada gəzişən görmək-yorulmadan, tər tökmədən həyatın başlanğıcında uğurlar qazanacağınıza yozulur. Bağçada oturub dincəlmək-möhkəm sağlamlığa və xoşbəxt sevgiyə işarədir. Bağçada işlədiyini görən adam ömrünün yaşlı çağlarını səadət içərisində, sadiq və sevimli dostlarının arasında keçirəcəkdir. Yağlı boyayla işlənmiş tablolarda, bir rəsmdə və ya poçt açıqcasında bağça şəkli görən adam dünyanın hər yerindən gətirilmiş çeşid-çeşid əşyalarla dolu gözəl bir evə sahib olacaqdır. Röyada cənnət bağçasını görən isə çox maraqlı və ürəkaçan təcrübələr, eksperimentlər keçirəcəkdir.

BAĞÇA DIRMIĞI-Yaxın günlərdə əlinizə çoxlu pul gələcəkdir.

BAĞÇADA GÜL-ÇİÇƏK AÇMASI-Röyada gül-çiçək açmış bağça görmək-sərvəti, səhhəti, eşqi, xoşbəxtliyi, incə artistik zövqü və iqtidarı bildirir. Ayaq altında əzilən bahar çiçəkləri-məyusluğa, taleyin öz axarıyla getməyəcəyinə yozulur.

BAĞÇA KÜRƏYİ (bel)-Yuxuda bel görmək və ya bağçada yer belləmək-yeni və zəhmətli işlərlə qarşılaşacağınıza yozulur.

BAĞÇA ÇƏPƏRİ-Yuxuda bağçanızı divarla çəpərlənmiş görmək-gördüyünüz işlərin doğru-düzgün olduğuna, fəaliyyətinizin həm özünüz, həm də vətəniniz üçün faydalı və səmərəli nəticələr verəcəyinə işarə sayılır.

BADAM-Bdam yemək çox sevincli bir hadisə ilə qarşılaşacağınıza; badam qırmaq-yeni bir işə qtılacağınıza və ya nişanlanıb evlənəcəyinizə; badam satın almaq-yüksək qiymətləndirdiyiniz tanınmış bir adam tərəfindən məsul bir vəzifəyə təklif olunacağınıza yozulur.

BADAM AĞACI-Röyada çiçək açmış badam ağacı görmək-bir gənc qız, yaxud cavan oğlan tərəfindən bəyənilib seviləcəksiniz.

Meyvələri yetişmiş badam ağacı-zənginliyə və rifaha yozulur.

BADIMCAN-Şöhrətə yozulmaqla bərabər, etibarınızın sarsılacağına da işarə sayılır. Badımcan qızartması yemək-acı xəbərə yozulur. Uzun badımcan görmək-xoş xəbərdir.

BAZAR-Röyada bazara girib ev ehtiyaclarını təmin etmək üçün alış-veriş etmək, yaxud sadəcə bazarı gözdən keçirmək-cavan oğlan üçün çox gözəl bir röya olub, işlərinin geniş miqyasda inkişaf edəcəyinə; yaşlı kişilər üçün-məqamında cürət və cəsarət göstərərək çox mənfəətli bir durum təmin etməyə; gənc qızlar üçün-taleyin və bəxtin açılacağına; yaşlı qadınlar üçün-çox rahat və sakit bir həyat sürməyə yozulur.

BAZUBƏND-Röyada qolunda üzəri8ndə gümüşdən bir bazubənd və ya qolçaq taxılmış qumaş parçası görmək-röya sahibinin qardaşı qızıyla evlənməsinə işarədir. Əgər bazubənd muncuqlarla işlənmiş olarsa, röya sahibinin qardaş və bacısı bir-birinin ardınca yasa və üzüntüyə uğrayacaqlar.

Röyada qadının ziynətli əşya taxması-o qadının ərinə işarədir. Yuxuda qolunda və ya üstündə ziynətli bir şey görən qadın maaşla dolanan adamdır. Görülən bazubənd çox yaraşıqlı olarsa, röya sahibinin şahidlik edəcəyini xəbər verir.

BAYQUŞ-Yuxuda ötən bayquş görmək-aranız olmayan iş yoldaşlarınızın sizi böhtanlamağa çalışdıqlarına yozulur.

BAYRAQ-Yuxuda bayraq görmək-önəmli bir iş və ya başqanlıq, eyni zamanda, alim, zəki, igid, zəngin, comərd və güclü adam anlamındadır.

Bayraq görən röya sahibi camaat, xalq üçün çalışan bir adamdır. Qadının bayraq görməsi-ərinə işarədir.

Bayraq-evlənməyi; hamilə qadın üçün-uşağı ifadə edir. Çoxlu bayraq-küləkli və yağmurlu havaları xəbər verir.

Bayraq sahibi olmaq, yaxud bayra daşımaq-hakim olacağınıza işarədir.

Öz evinin üstündə bayraq görmək-o evdə bir kimsənin öləcəyinə yozulur. Böyük bir bayraq daşımaq-röya sahibi evlənəcəkdir. Bayraq qırmızı isə-evləndiyi qadının əxlaqsız olacağına; ağdırsa-o qadının namuslu və təmiz bir adam olub yaxşı ailədən çıxdığına işarə sayılır.

BAL-MASKARAD-Nəşəli bir xəbər alınacağına yozulur.

BALAQ (camış balası)-Seks baxımından işlərinizin uğurlu olacağını göstərir.

BALDIR-Baldırını dəmirdən yapılmış görən adamın ömrü uzun olacaq, şüşədən görərsə-əcəli yaxınlaşıb. Baldırının birini çəkər, digərini uzadar görmək-tam bir əcəllə ölmək deməkdir. Belə yuxu görənin qorxunc və təhlükəli bir iş görməsi də gözlənilir.

Kişi yuxusunda qadın baldırı görüb onu tanıyarsa-yaxın olduğu birisiylə və ya tanış bir qadınla evlənəcək.

Qadın baldırının açıldığını görərsə-o qadının möminliyinə və halının əvvəlkindən daha yaxşı olacağına yozulur.

Baldırın çox qıllı olması-yuxu sahibinin çoxlu borcu olduğuna və cəza evində (dustaqxanada) öləcəyinə; baldırın əyri olduğunu görmək-arvadbazlığa yozulur.

Baldır insanın malı və güzəranı deməkdir. Baldırın ağacdan yapılmış olduğunu görmək-yaşayışın, güzəranın darlığına, qazancın azalacağına işarədir. Baldırın çox gözəl olması-dostlardan biri hədiyyə bağışlayacaq.

BALIQ-Yuxuda görülən balığın sayı bəllidirsə-qadına; bəlli deyilsə, çoxsa-oğurluq mala yozulur.

Dənizin dibində iri və kiçik balıqları bir yerə toplanmış halda görmək, onları bir-bir sudan çıxarıb yemək və ya hissə-hissə doğrayıb bölmək-o adam çıxartdığı balıqlar qədər var-dövlət sahibi olar. İri balıq-ölkənin baş vəziri və ya baş vəkilidir. Balıqlar məmləkətin əsgərinə, dəniz isə dövlətə yozulur.

Özünü suda balıq ovlayan görmək-0fərəhli və şad bir xəbər anlamındadır. İri balıq tutmaq-mənfəət və xeyrə yozulur; kiçik balıqlar isə-əldə ediləcək gəlirin kəsilməsinə yozulur.

Sazan balığı görmək-evlənməyə və xeyrə yozulur.

Yatağında balıq görmək-dəniz səyahətində bulunan adam üçün xəstəliyə yozulur.Bulanıq suda balıq ovlamaq-tasa, qayğı deməkdir. Balığı diri-diri yemək-yuxu görənin mal-mülk sahibi olacağına və körpəsinin doğulacağına işarədir.

Məhrəm yerindən balıq çıxdığını görmək-yuxu sahibinin arvadı boyludursa, qız doğacaq. Qızardılmışbalıq görənin duası qəbul ediləcəkdir.

Bir nəfər röyasında göydən balıq endiyini və onu yediyini görərsə, xeyir xəbər eşidəcək, düşmənlərini məğlub edərək yüksələcəkdir.

BALTA-Yuxuda balta-imdad, ianə, yardım və gələcək xoşbəxtliyi xəbər verir. Başı ağrıyan adam rahatlıq tapar. Yuxuda balta-yeməyə-içməyə möhtac xəstənin şikayət və qorxularının yox olacağını bildirir.

Balta oğlan uşağıdır. Yuxuda balta tapan adam vəkil, qəyyum və ya müdir olur. Mömin və dindar olduğu üçün düşmənləri ilə mübarizədə də həmişə qalib gəlir.

Balta qulluq göstərməyə, qüvvət və üstünlüyə də işarədir.

BANAN-Röyada banan görmək-gizli var-dövlətə, ana bətnində olan uşağa, qəbirdəki ölüyə, həbsdə olan adama, yaxud köhnə fal kitablarına işarə sayılır. Bir ayətə görə, banan cənnət meyvələrindəndir və geyim, dostluq sevgi rəmzi kimi də yozulur.

Röyada evdə banan olduğunu görən adamın bir övladı dünyaya gələcək. Əgər röya sahibi banan yediyini görərsə, əlinə mal keçəcək. Yuxuda banan yediyini görən xəstənin öləcəyindən qorxulur.

Banan ağacı-din, dünya, sərvət sahibi, zəngin bir adama işarədir.

BARDAQ (səhəng)-Xeyrə yozulmur, gözlənilməz bir xəbərə işarə sayılır.

BARMAQ-Yuxuda barmaq görmək-oğlunuz olacaq. Yuxuda barmağı yanan adam günah və suç işləyəcək. Barmaqlarının gərmək-sərvətə və yaxşı bir məqama yetişəcəyinizə işarədir.

BARMAQ YALAMAQ-Ruziyə işarədir.

BARMAQLIQ-Qüvvətə, sərvətin artmasına, əmin-amanlığa yozulur. Barmaqlıq arxasından qonşu ilə danışmaq-ətrafınızdakı adamlarla xoş keçinəcəksiniz.

BASDIRMAQ-Röyada basdırmaq, sucuq və kolbasa kimi şeyləri satın almaq, yaxud satmaq-qismətə, nemətə yozulur. Basdırma görmək-çox xeyirli röyalardan olub, pul və iş sarıdan xoş xəbərlər alacaqsınız deməkdir. Röyada basdırma, sucuq və s. ye4mək isə xeyrə yozulmur, bu günün işini sabaha qoymağa, boş-boçuna vaxt keçirməyə və bu səbəbdən də işdə çətinliklərin meydana çıxmasına əlamət sayılır.

BATAQLIQ-Özünü bataqlıqda görmək-bədbəxtliyə və bir çox çətinliklərə yozulur. Bataqlıq içində özünü çırpınan görmək-ömrün ixtiyar çağında rahatlığı, firəvanlığı bildirir.

BATTANİYƏ (odyal)-Təmiz battaniyə-tale pərisinin sizə gülər üz göstərəcəyinə, işlərinizin yaxşı olacağına yozulur. Kirli battaniyə-bədbax yoldaşların həm işdə, həm sosial çevrələrdə adınızı ləkələməyə çalışdıqlarını göstərir. Yırtıq battaniyə isə unudaraq yerinə yetirmədiyiniz bir vədlə heç də incitmək və xətrinə dəymək fikrində olmadığınız bir nəfərin həyatını pərişan edəcəyiniz anlamına gəlir.

BACA-Röyada eviniz bacasını tüstülənərkən görmək-evinizdə bolluq, bərəkət, nəşə və sevinc hökm sürəcəkdir.

Baca təmizləmək-bütün işləriniz normal şəkildəinkişaf edəcəkdir.

Bacanızın alovlandığnı görmək-kədərə və acıya işarədir.

Bacanızın uçduğunu görmək-ölüm xəbəri alacağınıza və ya ailə üzvlərinizdən birinin ağır xəstəliyə tutulacağına yozulur.

BACI-Böyük bacını yuxuda görmək, röya sahibi subaydırsa-yaxın zamanda evləbnəcək; evlidirsə-xoş bir xəbər alacaq.

BEŞİK-Özünü beşikdə görmək və ya beşiyi satın aımaq-yuxu görənin xeyrə və bərəkətə qovuşacağaına, onun xeyriyyəçiliyinə və xeyirxahlığına işarədir.

Beşik bəzən də firəvan bir ailəyə və ya şəfqətli bir anaya da işarə sayılır. Beşik kişi üçün tasa, hüzn və həbs kimi yozulur. Beşikdə uyumaq-darlıq işində olan ailəyə; subay üçün-evlənməyə; qadın üçün-uşağa yozulur. Bəzən də beşik şərqi söyləməyə, rəqs salonu anlamına da uyğun gəlir.

BƏBƏ-Kasıb birisi yuxuda özünü anadan doğma bir cocuq olaraq görsə, zənginləşəcək, var-dövlət sahibi olacaqdır.

BƏBİR-Yuxuda bəbir-böyükluyə, yüksəlişə, qəsbkarlığa, düşmənşiliyə, sırtıqlığa, eyni zamanda, işvəyə və şuxluq edib nazlanmağa yozulur.

Bəbir-düşmənşiliyini gözləmədiyiniz və qəfil hücumuna məruz qalacağınız düşməndir.Yuxuda bu hüyvanla qovğada olmaq-onun kimi mütərəddid bir düşmənlə qovğada olmağa işarədir.

BƏDƏN SAĞLIĞI-Röyada bədən sağlığı pis bir xəstəliyə və zəhmətə işarədir. Cünki sağlıq xəstəliyin tərsidir. Bəzən bədən sağlığı nemətə qovuşmağa da yozulur.

BƏDƏNİN SƏPMƏSİ-Röyasında səpdiyini görən adamın ya bir övladı olacaq, ya da gözləmədiyi bir yerdən yardım görəcəkdir.

BƏLĞƏM-Var-dövlətə yozulur. Yuxuda ağzından bəlğəm gəldiyini görən adam xəstəlikdən qurtular.

BƏLƏDÇİ-Röyada bələdçi görmək-səfərə, səyahətə yozulur, yaxud bərbərə, elçiyə, tacirə işarə sayılır.

BƏNNA-Sevincə, şadlığa yozulur. Yuxuda bənna görənin uşaqlarını xoş gələcək gözləyir. Bütün sınaqlar uğurla qurtaracaqdır.

BƏNÖVŞƏ-Yuxuda bənövşə görmək xoş və gözəl röya olaraq yozulur. Röya sahibinin bilgili və uzun ömürlü olacağını xəbər verir. Bir kimsə röyasında bənövşəni yerdən qaldırdığını görərsə, o, gözəl bir qadını öpər. Röyada bənövşə-təmiz əxlaqlı qadını ifadə edir.

BƏHMƏZ-Röyada bəhməz görən adamın işi düzələcək, halı, durumu yaxşılaşacaq. Bəhməz qabına milçəklərin yığışdığını görmək-ətrafınızda bir çox xeyirsiz dost-yoldaşın olduğuna işarədir.

BƏHSƏ GİRMƏK-Eqoizmi, xudbinliyi bildirir.

BƏXŞİŞ-Röyada bir qarsona və ya hər hansı bir kimsəyə bəxşiş vermək-könül zənginliyi və sevincə işarədir. Bəxşiş qadına verilərsə, bəxşiş verənə əhəmiyyətsiz bir narahatlıq üz verəcvəkdir.

BIĞ 

BIÇAQ-Yuxuda bıçaq görmək-qüvvət və qüdrətin davamlı olacağına yozulur. Bıçaqla bir şey kəsmək-pul, var-dövlət sahibi olacaqsınız.

BİLDİRÇİN-Bildirçin Tanrı tərəfindən gələcək gözəl bir ruziyə və ya sıxıntılardan qurtulmağa yozulur.

Yuxuda bir dəstə bildirçin görmək-başınıza bir iş gələcəyinə əlamətdir. Bir qovğa təhlükəsi olan yerdətəmkin göstərin, səbirsizlik etməyin.

BİBƏR-Yuxuda bibər yeyən adam-dostluqda möhkəmdir, lakin tutduğu işdən peşman olacaqdır.

BİBİ-Yuxuda atanın bacısı, yəni bibi xuma ağacıyla yozulur. Bibidə olan bir dəyişiklik xurma ağacında görülər. Röyanı görərnin xurma ağacı yoxdursa, o hal, o dəyişiklik yuxu sahibinin əmisi, atası kimi yaxınlarından birində ola bilər.

BİLET-Nə biçimdə olursa-olsun, bilet itirmək-mühakimə yoluyla çözüləcək bəzi çətinliklərlə qarşılaşmağa; bilet almaq-bu çətinliklərdən qurtulmağa yozulur.

BİLƏRZİK-Yuxuda bilərzik taxamaq-sevgiliniz heç zaman sizi tərk etməyəcəkdir.

Başqa birini bilərzik tamış görmək-xoş olmayan bir işdən ötrü sizdən yardım istəyəcəklər. Bilərzik itirmək-heç vaxt həyata keçməyəcək bir şey üçün boş yerə üzülüb xiffət çəkməkdə olduğunuzu göstərir. Bilrəzik tapmaq-miras yoluyla əlinizə bir az pul və yaq torpaq sahəsi keçəcəkdir. Bilərziyi sahibinə qaytarmaq-yaxın vaxtlarda başınızdan xoş bir eşq macərasının keçəcəyini bildirir.

BİYAN-Uzun sürən bir xəstəlikdən qurtulacağınızı xəbər verir.

BİNA-Yuxuda yeni binalar görmək-işinizi, sənətinizi dəyişdirəcəyinizə işarədir. Köhnə və uçulmaqda olan evlər-firəvanlığa, qayğısızlığa yozulur.

BİR ÇEYDƏN KEÇMƏK (bağışlamaq)-Röyada bir şeyi başqasına vəsiyyət etmək, bağışlamaq hər iki dünyada işlərinizin ürəyiniz istəyən kimi olacağına, haqq qarşısında düzgün və məqbul adam olduğunza əlamət sayılır.

BİRƏ-Yuxuda birinin üstündə birə, yaxud bit görmək-o adamın hər baxımdan zəif olduğuna işarə sayılır.

BİRJA-Yuxuda birjaçılıqla bağlı çoxlu vəsiqə görmək-işlərinizn ürəyiniz istəyən kimi davam edəcəyinə yozulur.

Birja oynamaq-ufaq və keçici maliyyə sıxıntısına işarə sayılır.

BİRÇƏK (saç)-Röyada alına tökülmüş saç, birçək-mala, mənfəətə, izzət və qüvvətə, gözəlliyə , yetginliyə, eyni zamanda, bu keyfiyyətlərə malik olan bir xəstə qadına işarə olub, o gözəl qadınla röya sahibinin evlənəcəyinə yozulur.

BİÇİN-Röyada taxıl biçmək, toplamaq, taxıl döymək, yəni məhsul yığımı mövsümünü yuxuda görmək-səadətə, xoşbəxtliyə müjdədir.

BOY-Boyun uzunluğu fitnə-fəsada, xəsisliyə, çətinliyə, malla yardıma və lovğalığa işarədir.

Boyun qısaldığını yuxuda görmək-xeyrə yozulmur. Bu, röya sahibinin gücünün-taqətinin əldən getməsinə, əcəlin yetişməsinə işarədir.

Boyunu qeyri-adi dərəcədə uzanmış görmək-əcəlin yetişdiyini və ya mövqeyin-məqamın itirildiyini bildirir.

BOYA-Yuxuda boya görmək, evi, anbarı, avtomobili, barmaqlığı və ya buna bənzər bir şeyi rəngləmək-təkcə ailə üzvləriniz üzərində deyil, eyni zamanda, dost-tanışın, iş yoldaşlarınızın, sözün qısası, təmasda olduğunuz hər kəsin həyatındatəsirə və nüfuza malik olacqsınız. Röyada boyaqnın tökülməsi sizi tanıyan və nələrə yetənəkli (qabil) olduğunuzu bilən bir adamın sizə olan ümidləri doğrulacaqdır. Sənətlə ilgili röya, məsələn, yağlıboya tablo və ya peyzaj görmək-əgər yuxu görənin gerçəkdən, sənət qabiliyyəti, istedadı varsa və çalışıb xırda, əhəmiyyətsiz işlərlə az məşğul olarsa, bu sənət yetənəyi (qabiliyyəti) misilsiz parlaq nəticələr verə bilər. Röyada boyaları qarışdırmaq-anlaşılmazlıq üzündən bir-birindən ayrılmış adamları bir araya gətirib barışdırmaq sayəsində fövqəladə qabiliyyət sahibi olduğunuzu göstərir.

BOYNU VURULMAQ-Röyada buynun vurulması mala-mülkə və ya namazı tərk edənə işarə olub, dinində, imanında şəxsin səbatlı olmadığını göstərir.

Boynun vurulub bədəndən ayrılması-hürriyyətə qovuşacağınıza, tasa və qayğılardan qurtulacağınıza işarədir. Belə röya görən borclu isə borclarını ödəyəcək, böyük var-dövlətə qovuşacaq.Boynunu kimin vurduğunu bilirsə, ondan yaxşılıq görəcək, bir uşaq vurarsa, xəstəlikdən qurtulacaq.

Hökmdar və ya dövlət başçısı yuxuda kiminsə boynunu vurarsa, boynu vurulan üzüntü və sıxıntılardan qurtular.

BOYUN-Röyada öz boynunu qaba, qalın və ya qısa görmək-üzərinə düşən vəzifəni ədalətlə, qanun-qaydayla yerinə yetirməyə yozulur.

Boynunun incə olduğunu görmək-zalımlığa, üzərinə düşən vəzifəni ədalətlə yerinə yetirmək imkanından məhrumluğa işarədir.

Boynuna dolanmış bir ilan görmək-ayəti-kəriməyə görə, röya sahibinin malının zəkatını vermədiyinə, borclu olduğuna yozulur. İmamın öz boynunu yoğun görməsi-ədalət sahibi olduğu və düşmənlərini yenəcəyi anlamına gəlir.

Boynunda ağrı hiss etmək-cəmiyyətə və əmanətə xəyanət edilməsinə işarə sayılır.

Boynunda buğum (düyün) görmək-borcların yığılıb qaldığını göstərir.

Boynunun qılıncla vurulduğunu görmək-xəstəlikdən qurtulmağa yozulur.

Tasa və sıxıntı içərisində olan bir adam yuxuda boynunun vurulduğunu görərsə, Uca Tanrı onu bu sıxıntı və tasadan qurtarar.

Yuxuda boynunu gözəl və yağlı görmək-yüksək məqama yetişəcək, seviləcək və kişilik sahibi olacaqsınız.

Boynunda iri çibanlar və ya fistul kimi iltihablı qan axdığını görmək-röya sahibinin şəhadət, vəsiyyət və zəkat kimi müqəddəs borclarla yüklü olduğunu bildirir.

Boynunda dəmir zəncir görmək-yuxu sahibinin onu atəşə yaxınlaşdıracaq bir davranışda bulunduğuna və ya qadınların taxdıqları bilərzik, yaxud boyunbağı kimi zinəy əşyası anlamına gəlir.

Boynuda mirvari boyunbağı görmək-röya sahibinin təhsilli, bilikli olduğuna işarədir.

Həzrəti Peyğəmbərin yuxuda boynunu çimdiklədiyini görmək-pis bir hərəkətdən yayınmağa yozulur.

Boynunun üstündən uçan quş görmək-quş ağdırsa, yuxu görənin davranışlarının gözəl olmasına, qaradırsa-pis və çirkin hərəkətə yozulur.

BOLLUQ-Röyada özünü hər şeyə bol-bol sahib görmək-yuxu görən adam özünü, nəfsini saxlamağı bacarmalıdır.

BORAZAN (boru, şeypur)-Yuxuda bir şeypurçu əsgərin boru çaldığını görmək-əgər röyanı görən əsgərsə, başına yaddan çıxara bilməyəcəyi bir hadisə gələcəkdir; əsgər deyilsə, həyatı bir çox dəyişikliklərə məruz qalacaq və ya bir yerdən başqa yerə köç edəcəkdir.

Ağızla çalınan boru-dostlarınız sirlərinizdən xəbərdardır.

BORAN-Yuxuda şiddətli boran, fırtına görmək-başınız üstündə böyük bir təhlükənin dolaşmaqda olduğuna işarədir.

BORNUS (əba)-Yuxuda bornus görmək-bir işə, vəzifəyə keçəcəyinizə işarədir.

Çöl ərəblərinin geydikləri bornus görmək-Ərəbistan tərəflərinə səyahət edəcəyinizə və ya Həccə gedəcəyinizə yozulur.

BORU-Röyada hər hansı bir boru görmək-ruzinizin və qazancınızın artacağına işarədir.

BORC-Röyada borc ödəmək-hansısa bir işin ucbatından can sıxıntısına düçar olacaqsınız.

Birindən borc pul almaq-yoxsulluğa düşəcəksiniz.

BORC SƏNƏDİ-Röyada borc sənədi görmək-borclarınızı ödəyərək rahat və arxayın olacaqsınız, dost-tanış arasında çərəf və etibarınız artacaqdır.

BORC VERMƏK-Röyada bir şeyi borc vermək, yaxud borc almaq-pis duruma düşməkdir.

Borc vermək-bir fəqirə əl tutmağa, sədəqəyə işarədir.

Borc vermək-günahkarın tövbəsi, fakirin islama tapınması, yoxsulun var-dövlətə çatması deməkdir.

Röyada bir kimsənin dəyərli bir əşyasını istəyənə borc olaraq verməsi-onun haqq yolunda etibarlı olduğuna yozulur.

BOSTAN-Yaxın vaxtalarda nişanlanmaq və ya evlənmək-arzunuz həyata keçəcəkdir.

Borstanda bir şey əkmək-xeyirxah, qanacaqlı övladınız olacaq.

Bostan sulamaq-maddi vəziyyətinizyaxşılaşacaq və ictimai mövqeyiniz yüksələcəkdir.

BOXÇA-Yuxuda boxça aparmaq-gözləmədiyiniz və çox sevdiyiniz bir dostunuz yaxın vaxtlarda sizi ziyarət edəcək və bu görüş xeyirli bir işlə nəticələnəcəkdir.

BOŞANMA-Evli kişinin yuxuda arvadını boşaması xeyrə yozulmaz. Çünki onun bu hərəkəti ilə gün-güzəranı daralacaq, həyatı ikiyə bölünəcək və ya ikisindən biri vəfat edəcəkdir.

Evli qadın belə bir röya görərsə, bu-ər-arvad arasına başqa birisinin girəcəyinə, bir çox üzüntü və dartışmalara səbəb olacağına yozulur. Röya sahibi xəstə və tərəddüt içindədirsə, yaxud daha geriyə dönmək imkanı yoxdursa, düşmənləriylə razılığa gələməyi məsləhətdir.

Ayəti-kəriməyə görə, bir kişi röyasında arvadını boşadığını görərsə, o çox zəngin olar, var-dövlətə çatar.

Subay adam boşanma yuxusu görərsə, ehtiyatlı olmalıdır.

BÖYÜK ADAM-Röyada mövqe və rütbə sahibi, alim, fazil bir adamla qarşılaşmaq xeyrə yozulur. Rəhbərlərinizdən və ya mövqecə sizdən üstün olan bir kimsədən xeyirxahlıq və fayda görəcəksiniz.

BUĞA-Yuxuda qızmış buğa görmək-yaxın vaxtlarda başınıza pis bir iş gələ biləcəyinə yozulur.

BUĞDA-Röyada evinə buğda alan adamın yaşayışı, güzəranı çətinliklə başa gələr. Aldığı buğdadan yediyini görərsə, əlinə çoxlu pul gəkləcəkdir.

Buğdanı çuvalda görmək-qıtlığa; bazarda görmək-bolluğa yozulur.

BUDAQ-Yarpaqla, bahar çiçəkləriylə və ya meyvəylə dolu ağacbudaqlarına baxmaq-bir az da səbr etsəniz, bütün ümidlərinizin birər-birər gerçək olacağı anlamındadır. Yuxuda yarpaqsız, çiçəksiz, meyvəsiz qupquru ağac budağı görmək-yaxşılığa yozulmur. Yaxın vaxtlarda yoxsulluğa düçar olacaqsınız deməkdir.

BUYNUZ-Heyvan başında buynuz görmək-göründüyü kimi də karlı, xeyirli olmayan işlərə girişməkdən çəkinməyiniz gərəkdir. Öz başınızda buynuz görmək-xəyanətə, alçaqlığa qurban getməmək üçün hər addımınızı ölçüb-biçməniz məsləhətdir. Röyada buynuzdan düzəldilmiş düdük səsi eşitmək-hərəkətlərinizə və söylədiyiniz sözlərədiqqətli olmaq anlamına gəlir.

BULAQ-Röyada şəffaf və dadlı suyu olan çoxlu bulaq görmək-etibarlı bir adsamla dostluq quracaqsınız. Acı suyu olan bulaq-qayğısına qalmasanız, səhhətinizin pozula biləcəyinə işarədir.

BULVAR-Özünüzə təzə bir dost tapacaq, birlikdə gəzintiyə çıxacaqsınız.

BULDOQ KÖPƏYİ-Yuxuda hər hansı bir vəziyyətdə buldoq köpəyi görmək-röya sahibinin çox sadiq bir dostu olduğunu göstərir.

BULUD-Bulud islama işarə olub, xalqın həyatı və qurtuluşudur. Bulud su və yağmurdan ibarət olduğundan bərəkətə, bolluğa səbəbdir, eyni zamanda, dini elmlərin öyrənilməsi anlamına da gəlir. Canlıların ayaradılışına səbəb olan bulud bir çox arkadaşlara və yoldaşlara da işarə sayılır. Bulud, həm də dəvə, gəmi, yağmur və hamilə qadına yozulur.

Subay adam röyada bulud mindiyini görsə, namuslu bir qadınla evlənəcəyinə işarədir. Belə yuxunu görən səyahət arzusundadırsa, diləyinə çatar. Bulud dinin, imanın sağlam olmasına da əlamətdir.

BURĞU-Gəlirli, mənfəətli işlərə girişəcəyinizə işarədir.

Burğu ilə bir yeri dəlmək-qismətiniz açılacaq, arzu və əməlləriniz həyata keçəcəkdir.

BURUN-Röyada burun, ümumiyyətlə, uzun ömrə, xeyrə və sevincə yozulur.

Burnunuzun axdığını görmək-böyük bir zatdan fayda və mənfəət görəcəksiniz.

Burnunuzdan çöp kimi bir şey çıxdığını görmək-bir körpəniz dünyaya gələcək.

Burnunuza bir şey düşdüyünü görmək-maddi zərərə uğrayacaqsınız.

Burnunuzun dəlindiyini görmək-bir qadının vasitəsiylə var-dövlətə çatacaqsınız.

Burnunuzdan qan gəldiyini görmək-mal və pul itgisinə işarədir.

BUFET-Röyada zəngin bir bufet görmək-nəticəsiz bir eşqədüşərək çox iztirab çəkəcəyinizə yozulur.

BÜLBÜL-Yuxuda bülbül səsi eşitmək-yeni bir eşqə düşəcəksiniz və bu sevda əbədi olacaqdır.

BÜRO (dəftərxana)-Həyatda bir şeyə nail olmaq üçün daha çox çalışmaq və əhəmiyyətli sənədlərinizi daha diqqətlə qoruyub saxlamaq lazımdır. Hər hansı bir təşkilatda dəftərxanaya gətirildiyinizi görmək-maliyyə vəziyyətinizin çox yaxşı olacağını və düzələcəyini bildirir.

BÜRÜNC-Zənginlik və var-dövlətdir.

BÜT, HEYKƏL-Yuxuda ağacdan yonulmuş bir bütə tapınmaq-din haqqında küfr danışmağa işarədir. Gümüş bütə tapınmaq-bir qadına xəyanət eləməkdir. Qızıl bütə tapınmaq-dində qanunsuz hərəkətlərə yol verməyə və bu səbəbdən də var-dövlətin əldən getməsinə yozulur.

Bütləri qırıb-dağıtmaq-röya sahibi yüksək məqama yetişəcək, düşməninə üstün gələrək hər cür kin və qərəzdən qorunacaqdır.