amon

amon Mətbəx 6-12-2015, 13:27

Limonlu tort

Limonlu tort


Xəmir üçün:

1 yumurta
100 qram kərə yağı
2 xörək qaşığı şəkər tozu
Yarım paket vanil
Yarım paket qabartma tozu
Apardığı qədər un

Üstü üçün:

1 yumurtanın sarısı

İçlik üçün:

1 ədəd limon
1 ədəd banan
1 ədəd alma
1 ədəd kivi
1 ədəd sürtgəcdən keçirilmiş limon qabığı
1 xörək qaşığı şəkər tozu

Hazırlanması:

Əvvəlcə tortun xəmirini hazırlayın. Bunun üçün undan savayı sadalananların hamısını bir qaba töküb qarışdırın. Sonra qarışdıra-qarışdıra unu əlavə edin. Xəmir qatı olmalıdır. Hazır olduqda 15 dəqiqə gözləyin. Sonra xəmiri yağlanmış soba qabına qoyub yayın. Xəmir qabın kənarlarından bir qədər kənara çıxmalıdır. Üzərinə kub şəklində doğranmış banan, alma və kivi düzün. Sonra isə sürtgəcdən keçirilmiş limon qabığı səpin. Limon dilimlərini də düzüb, şəkər pudrası səpin. Kənarlardan sallanan xəmiri ilə meyvələrin üzərini qismən bağlayın. Üstünə çalınmış yumurta sarısı sürtün. 170 dərəcədə qızdırılmış sobaya qoyub azca qızarana qədər bişirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
944 953 957 908 895 878

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.