Ləziz kəsmik kətəsi

İnqrediyentlər:
`Kəsmik 5%-li - 600 qram
`Yumurta - 1 ədəd
`Duz - bir çimdik
`Şəkər tozu - 100-150 qram
`Un - 2 xörək qaşığı
Hazırlanması:
1. Bütün ərzaqları qatın, ələkdən keçirin. Kəsmiyi ələkdən keçirməsəniz də olar. Yaş əllə bu kütlədən kürəciklər düzəldin.
2. Bu ölçüdən istifadə etsəniz təqribi 13 ədəd kəsmik kətəsi olmalıdır. Unlayın, sonra bir balaca silkələyin ki, artıq un üzərindən tökülsün.
3. Tavaya yağ tökün, orta atəşdə kəsmik kətəsini qızardın.
4. Bir tərəfi qızarandan sonra tavanın qapağını örtün. Zəif odda ikinci tərəfini bişirin. Bu zaman kətə şişəcək.
5. Bişən kətələri kağız salfetin üzərinə yığın ki, artıq yağı hopsun.
Nuş olsun..!