Kənan Heydərov

Kənan Heydərov Azərbaycan 23-12-2017, 16:57

Balacaların “Qış nağılı”

Balacaların “Qış nağılı”
Balacaların “Qış nağılı”



Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı məktəblilərin qış tətili günləri və Yeni il münasibətilə balaca tamaşaçıları üçün yeni səhnə işi ərsəyə gətirib.

Teatrdan bildirilib ki, yaradıcı heyət teatrın quruluşçu rejissoru Anar Məmmədovun səhnələşdirdiyi “Qış nağılı” adlı yeni tamaşa ilə uşaqların görüşünə gələcək. Tamaşalar dekabrın 27-dən yanvarın 3-dək gündə 4 seans olacaq.

Quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev olan və musiqinin müşayiəti əsasında hazırlanan tamaşada əsas qəhrəman Şaxta baba və Qar qızdır. Balacaların sevimli qəhrəmanı olan bu personajlar ətrafında cərəyan edən hadisələr uşaqlara fədakarlıq, cəsurluq və dürüstlük kimi dəyərləri təlqin edir.

Tamaşada rolları teatrın aparıcı aktyorları Elmira Hüseynova, Cavid Telman, Elxan İsmayılov, Cəmilə Allahverdiyeva, Rəhilə İbadova, Elnur Xəlilov və başqaları ifa edəcəklər.
Mənbə: axsam.az

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
888 875 908 871 784 806

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.