_Yildiz1_

_Yildiz1_ İslam Dini 24-12-2017, 15:16

Qurana əsasən, Cənnətdə mömin kişilərdən ötrü yaraşıqlı hurilər olacaq

Qurana əsasən, Cənnətdə mömin kişilərdən ötrü yaraşıqlı hurilər olacaq
Qurana əsasən, Cənnətdə mömin kişilərdən ötrü yaraşıqlı hurilər olacaq



Əvvəla, Cənnətdə möminlərə veriləcək mükafatların çoxu yalnız kişilərə aid olmayacaq. Həm kişilər, həm də qadınlar bu mükafatlardan istifadə edə biləcəklər. İkincisi, ümumiyyətlə, Cənnət nemətlərini maddi ləzzətlərlə məhdudlaşdırmaq düzgün deyil. Möminlər cənnətdə gözəl saraylar, dadlı meyvələr, ağacların altından axan sularla, hurilərlə yanaşı, mənəvi nemətlərə də layiq görüləcəklər. Quran müxtəlif səviyyəli insanlar üçün Cənnət nemətlərini təsvir edir. Kimisi bu nemətlərin içində huriləri daha çox arzulayır, kimisi peyğəmbərlər və imamlarla qonşu olmağı diləyir, kimisi üçün Allahın razılığı kifayətdir.

Qadınlara veriləcək mükafatlara gəlincə, əgər qadının bu dünyadakı əri də Cənnətə layiq olacaqsa, onların axirətdə birlikdə olmalarına icazə veriləcək. Əgər onlardan hər hansı biri bunu istəməsə və yaxud kişi Cəhənnəmlik olsa, qadına qılman adlanan kişi cinsli varlıqlardan və ya Cənnətdəki mömin kişilərdən birinə ərə getmək təklif ediləcək.






Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
856 837 791 804 789 809

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.