Var Olmayan O Şəxs ( Üçüncü Hissə )
Avtomobilə əyləşdim onların evinin ünvanını bilirdim, bir neçə saat sonra lindanın yaşafığı mənzilə çatdım. Avtomobildən yanacaq çəkib qabını əlimə aldım, evi yandıracam linda və ailəsi buradan çıxa bilməyəcəklər. Darvazadan içəri daxil oldum səssizlik idi, yanacaq qabını yerdə kənara qoydum ki, cibimdən kibriti çıxardım. Böyrümdən qaraltı keçdi sanki, tez çevrilib ətrafıma göz gəzdirdim. Başımın arxasından güclü nıyinsə dəydiyini hiss etdim, dizlərim boşaldı yerə yıxıldım. O məni sürüyərək darvazadan küçəyə qədər apardı, üzünü görmək istədim amma bacarmadım. Möhkəm əli ilə ağzımla, burnuma nəm cib dəsmalı qoyaraq sıxdı. Artıq huşumu itirirdim yavaş-yavaş.
( Unudulan xatirələr daha əzab vermir.. )
Həmin axşam..
"Linda və jason ikimizin birbirimizə ürək sözlərimiz" adlı köhnə gündəlik kitabça ən ağır xatirədir. Baxmadan, vərəqləmədən cırdım. Eləcə də bütün şəkilləri, onunla bağlı hər şeyi məhv etdim. Unudulan xatirələr daha əzab vermir. Bunu anlayıram.
Bədənlərinizlə sevib bağlanmaq səf işdir, çünki o zaman sevginiz ölümə qədər davam edər lakin ruhunuzla sevsəniz, ölümdən sonra da sevginiz ruhunuzu birləşdirəcək əbədi yaşadacaq.
Çarpayımda uzandım illər ərzində olub keçənləri gözlərim önünə gətirdim, sonuncu dəfə.
Mən lindayam, qətiyyətli olacaq olan linda. Telefonumun ekranında daniel yazısı göründü, çarpayıdan qalıxıb zəngə cavab verdim.
Daniel - Salam linda necəsən?
Linda - Hə yaxşıyam prablrm yoxdur ki?
Daniel - Yox sadəcə sabah həmin parka gələcəyini soruşmaq istəyirdim.
Linda - Çox təəssüf edirəm daniel, universitetə getməliyəm sabah yorğun olacam gələ bilməyəcəm.
Daniel - Anladım boş vaxtın olarsa, mənə zəng vurub xəbər edərsən linda özünə diqqət et.
Linda - Əlbəttə daniel dərslərimdən biraz geridə qalmışam bu səbəbdən.
Səndə özündən muğayət ol görüşənədək.
Telefonfa daha sonra maria adı yazıldı.
Linda - Salam maria gecənin bu saatında zəng etməzdin sən nəsə olub?
Maria - Sabah dərsə gələcəksən?
Linda - Gələcəm maria
Maria - Yaxşı sabah universitetdə ətraflı danışaram sənlə.
Linda - Oldu maria gecən xeyrə sabahadək.
Telefonu söndürdüm yatmağa hazırlaşırdım, hər zamankı kimi yorğun idim.
( Polis nəzarətində.. )
Jason - Mən bilmirəm o şəxs kim idi, lindanı öldürməyimə maneə oldu. İndi polis şöbəsində əllərimdə qandal oturmuşam. Suiqəst və bilərəkdən insanlara zərər yetirmək məddəsi ilə həbs edəcəklərini deyirdilər.
O evə nə məqsədlə getdiyimi, artıq. neçə dəfədir ki qarşımda duran polis rəisi əlini stola qəzəblə vuraraq, soruşurdu. Mən isə susurdum. Daha sonra qaranlıq bir kameraya saldılar, hələ də məni buraya gətirən şəxsin kim olması maraqlandırırdı. Tək zərbəylə yalnız peşəkar döyüşçülər bu cür zərbə vura bilərdi. Hər şeyə peşmanam amma lindanı öldürmək qəzəbi, nifrəti gözlərimi kor etmişdi.
Səhər..
Evdən biraz tez çıxmalı oldum, həm universitetə görə həm də, marianın mənə vacib sözü vardı. Yoxsa gecə mənə zəng etməzdi. Yol gedərək düşünürdüm daha doğrusu daniel haqda düşünürdüm, içimdə sevgiyə bənzər nəyinsə yarandığını hiss edirəm. Ona aşiq olmuşdum? Yox yox.! Bu ola bilməz, daniel yanımda olarkən ruhum dincəlir mənəvi rahatlıq tapıram onun danışığında, sözlərində. Bəzi insanların söylədikləri söz, ətrafın və ümumilikdə cəmiyyətin söylədiyi, tez güvənməyin. Səbəbini soruşsan heç özləridə bilməyəcək. Belə bir söz var, hər kəs ağlı qədər düşünər. Kimisi güvənər aldanar, kimisi də güvənər amma aldanmaz. İnsana görə dəyişər.
Universitetə artıq çatdım gözləmədən, içəri keçdim koridorla sürətlə addımlayırdım. Qrupumuzun olduğu otağa daxil oldum, müəllim gözlərində eynək dərs keçirdi səssizcə keçib yerimdə əyləşdim.
Maria yanımda idi mənə tərəf əyilərək qulağıma pıçıldadı.
Maria - Söyl
Mək istəməzdim linda lakin, deməliyəm sənə. Jason dünən qayıdıb buradadır. Amma polis nəzarətindədir, nə üçün tutulduğunu bilmirəm.
Linda - Mən onun haqqında daha heç nə eşitmək ismirəm, səndən də xaişim budur ki adını çəkməyəsən. Çoxdan unutmuşam olanları.
Maria - Yox sadəcə bilmək istəyərsən deyə dedim, bağışla linda səndə haqlısan bütün olanlardan sonra.
Linda - Sənin günahın deyil maria, mənim səhvim olmuşdu o vaxt. İndi isə səhvimi düzəldəcəyimə söz verirəm.
Növbəti dərsin saatına az qalırdı, keçən dəfəki dərslərdən geri qaldığıma görə mariadan əvvəlki mövzuların, testlərini almalı oldum.
( Şotlandiya, Qlazqo şəhəri, həmin park.. )
Daniel - Mən lindanı gözləyirəm birazdan buraya gələcəyini söylədi, onu restoranların birinə aparacam ümidvaram ki gələr.
Linda - dərs çıxışı yolumu parkdan salmalı oldum, danielin xaişini yerə sala bilmədim. Üzümdə təbəssümlə parka doğru gedirdim. Uzaqdan danieli gördüm əlində gül tutmuşdu, oda yavaşdan mənə tərəf gəlirdi.
Daniel - Salam necəsən linda, bu güllər sənin üçündür qəbul edərsən.?
Linda - Bunlar çox gözəl güllərdir daniel, çoxsağol sürprizləri sevirəm xoş təsir bağışladı mənə.
Daniel - Mənim üçün də xoşdur linda, sənin gözlərinin güldüyünü açıq görürəm bu məni sevindirdi həqiqətən.
Linda - Gözlərimin gülməsində sənin əməyin çoxdur.
Daniel - Xeyr hər şeyi sən özün etdin əslində, indi həyat daha gözəldir elə deyil?
Linda - Təəssüf ki, bunu gec anladım, amma artıq ölümün çıxış yolu olmadığını bilirəm.
Daniel - Bu gün gözəl bir gündür fikirimcə, restoranda ikimiz üçün yer ayırdmışam gedərsən mənlə.?
Linda - Olar əlbəttə gedək
Daniel - Mən taksi sifariş verdim, linda ilə mən biraz sonra restoranda stolda qarşı qarşıya əyləşdik. Söhbəti necə başlayacağımı bilmirəm, lindanı sevdiyimi və bu günlər ərzində fikirimdən çıxmadığını demək istəyirəm.
Depressiyadan tam olaraq qurtarmayıb. İnanıram ki, zamanla düzələcək. Onun gözləri açıq qəhvəyi, saçları qara çox gözəldir.
Linda - Mən gülümsəyərək dedim, sənə verəcəyim bir hədiyyəm də yoxdur bu güllər qarşılığında.
Daniel - Var əslində, oda sənin üzündəki təbəssümdür, linda həyatda elə şeylər var ki hədiyyədən daha dəyərlidir.
Linda - Çoxsağol daniel xoş sözlərin üçün, mən bir insanı sevirəm, istədim sənində fikirini alım.
Daniel - nə gözəl, nə haqda mənim fikirimi?
Linda - Sevgi haqda, hisslər haqda.
Daniel - Linda sevgi, bağlılıq ruhla əlaqədardır. Sənə əvvəl də demişdim ruhunla həmin insanı sev, əmin olki bu əsl xoşbəxtlikdir. Sənin adına sevindim.
Linda - Doğrudur elədir, sevgi gözəldir, bu dəfə onun məni tərk etməyəcəyinə inanıram.
Daniel - Əminəm ki, elə də olacaq linda.
Linda - Bəs sənin sevdiyin insan necə var? Bu cür gözəl təbiətli oğlan tək qalmağa laiq deyil, məncə deyərək gülümsədim.
Daniel - Var amma səndən fərqli olaraq, sevdiyim insan bundan xəbərsizdir.
Linda - anladım daniel, sonu yaxşı olar fikirimcə.
Daniel - Bəlkə də linda bilmirəm.
Linda - Ayağa qalıxaraq getmək istədiyimi dedim, evə gedib biraz dincəlim.
Daniel - əlbəttə yaxşı
Linda - Biz parka qədər birlikdə gəldik, çoxsağol bu gün üçün, daniel sən gözəl insansan sabahadək.
Daniel - Xoşdur linda xudafiz. İçimdə isə bu sözləri dedim ( Əlvida linda səni çox sevirəm )
Gözdən itənədək onu izlədim.
Üçüncü hissənin sonu..
Davamı daha maqarlı olacaq gözləyin :)
Müəllif və Yazar: Ali Məmmədli ( Mən )






