2 Fevral Gənclər Günü MünaSibəti ilə SizLəri TəbriK EdirəM..
Bu gün hər kəsə məlumdur ki, 2 Fevral Gənclər Gününün elan olunması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsas qoyuldu.1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyi yaradılıdı.1996-cı il 2 fevral tarixində məhz Ulu Öndər Heydər Əliyev dəstəyi ilə gənclərin 1-ci forumu keçirilidi. 1997-ci ildən isə Prezident sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başladı. Əsası Ulu Öndər tərəfindən tərəfindən qoyulan dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini, ilk növbədə, gənc nəsillə bağlayır. Gənc nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcəyi, müqəddəratı indiki gənclərdən asılıdır. Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır. O öz həyatını qurarkən, öncə, müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Həmçinin, hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır. Azərbaycan xalqı isə bugünü və sabahı üçün Ulu Öndərimiz Heydər Əliyevə borcludur.

P .S .. Hər birinizə firavan həyat ,xoş günlər , xoşbəxtlik dolu anlar ,
bir ömür boyu sürəcək səadət , bitib tükənməyəcək bir sevgi,
bir sözlə əziz Gənclərimiz layiq olduğunuz gözəl bir həyat arzu edirəm ...
BAYRAMIMIZ MÜBARƏK !!!

P .S .. Hər birinizə firavan həyat ,xoş günlər , xoşbəxtlik dolu anlar ,
bir ömür boyu sürəcək səadət , bitib tükənməyəcək bir sevgi,
bir sözlə əziz Gənclərimiz layiq olduğunuz gözəl bir həyat arzu edirəm ...
BAYRAMIMIZ MÜBARƏK !!!







