"Sen anlat Karadeniz"in aktrisasının uşaqlıq fotosu

“Sen anlat Karadeniz” serialında Nəfəs obrazını canlandıran aktrisa İrem Helvacıoğlu sosial şəbəkə paylaşımı ilə hər kəsi təəccübləndirib.
Loading.Az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa İnstaqram səhifəsində uşaqlığına aid 3 foto-kollaj paylaşıb. O, şəklə “Hələ də eyniyəm, dəyişən heç nə yoxdur” yazıb.
Qeyd edək ki, “Sen anlat Karadeniz”də qadına şiddətin qınanıldığı obrazı canlandıran Helvacıoğlunun həmin roldan sonra sosial şəbəkə izləyicilərinin sayı 1 milyonu ötüb.






