Bülent Ersoy bu görünüşü ilə dəniz qulduruna bənzədildi

Müğənni Bülent Ersoy Şimali Kiprdə konsert verib.
Loading.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı budəfəki obraz ilə diqqət çəkməyi bacarıb. Ersoyun səhnə libası “Karib dənizinin quldurları” filmindəki Deyvi Cons obrazına bənzədilib.
Nur Yerlitaşın hazırladığı 130 metr sıraya düzülmüş daşlarla bəzədilən paltar Deyvinin üzünün oxşarı hesab edilib.






