MÖCÜZƏLİ TALEYİM (Proloq)
Həyat olduqca qəribədir. Sabahın bizə nələr gətirəcəyindən, nə cür sürprizlərlə qarşılaşacağımızdan xəbərsiz yaşayırıq ömrümüzü. Uşaq vaxtımdan düşünürdüm "Görəsən insan öz talehini dəyişdirə bilər? " və böyüdükcə anladım ki,taleh insanın alnına yazılan yazıdır. Ancaq Tanrı bizə o yazını dəyişdirməyimiz, öz istədiyimiz kimi yazmağımız üçün bir şans verir və o şans bizim həyatımızı xoşbəxtliyə yaxud da uçurama doğru sürükləyir. ..
Adım Ayan,22 yaşım var. Ətrafımdakı insanlar məni hər zaman pozitiv, güclü biri olaraq tanıyırlar. Tərsliyim, dediyimdən dönməzliyim üzündən dostlarım mənə hər zaman "inadçı keçi"deyə xitab edirlər. Ailədə 3 nəfərik, mən, anam Həlimə xanım və atam Rüstəm bəy. Anam orta məktəbdə müəllimə işləyir,atam isə taksi sürücüsü işləyirdi taki xəstəlik onu əldən salana qədər.Atam ürək xəstəliyindən əziyyət çəkirdi, əməliyyata pulumuz olmadığından müalicəylə kifayətlənə bilmişdik ancaq. Maddi durumumuz getdikcə pisləşirdi. Anamın müəllim maaşı güclə bizi keçindirirdi. İşə girib evə maddi köməklik etmək istəsəmdə anam icazə verməmiş "qızım sən tələbəsən, dərslərinlə məşğul ol.Bu gün ,sabah dövlət imtahanı verməli olacaqsan"demişdi. Bu il artıq 4-cü kursa keçirdim, universitetin açılmağına 2 ay qalmışdı. Uşaqlıqdam arzum advokat olub insanların haqqlarını müdafiə etmək idi. Birinci il qəbul ola bilməsəmdə ikinci il yüksək balla Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsinə qəbul olmuşdum. Başladığım işi əsla yarım buraxmırdım. Sağolsun valideynlərim və dostlarım hər zaman məni həvəsləndirir, məqsədimə çatmağımda köməkçi olurdular. Universitet mənə Sevda və Kənan kimi yaxşı dostlar qazandırmışdı. Sabah olacaqlardan xəbərsiz universitetin açılmağını səbrsizliklə gözləyir, dostlarıma qovuşmaq üçün gün sayırdım .
Sayta dərc etdi: Kənan0001






