Kənan Heydərov

Kənan Heydərov Məşhurlar 10-02-2018, 20:05

"Sevgimi, xoşbəxtliyimi sənə qurban verdiyim gündür" - Vüsalə

"Sevgimi, xoşbəxtliyimi sənə qurban verdiyim gündür" - Vüsalə
"Sevgimi, xoşbəxtliyimi sənə qurban verdiyim gündür" - Vüsalə


Aparıcı Vüsalə Əlizadənin ailəsində xoş gündür.

Loading.Az axsam.az-a istinadən xəbər verir ki, aparıcının qızı Diləyin 3 yaşı tamam olub. Vüsalə bu münasibətlə qızına səmimi arzularını bildirib:


“Bu gün mənim həyatımda özəl gün, dünyaya 3-cü gəlişim, səninlə yenidən doğulduğum gün, həyatımı, sevgimi, xoşbəxtliyimi sənə qurban verdiyim gündür. Nəfəsimdən nəfəs, canımdan can, qanımdan qan alan hədiyyəm. Allah səni mənə çox görməsin. Bir ömür boyu sağlam və xoşbəxt ol. Allah əlimi əlindən, kölgəmi üzərindən əskik etməsin. Nə yaxşı ki, varımsan, həyatıma gəlmisən. Nə yaxşı ki, məni qadınlığın ən ali statusu ANA adı ilə mükafatlandırmısan. 6 ildir, hər sevincim, uğurum, mücadiləm sənin sayəndədir! Allah səni mənə dünya malına tən bir varlıq yaradıb, şükürlər olsun. Doğum günün mübarək, canım qızım!”.


Qeyd edək ki, Dilək Vüsalə Əlizadənin teleaparıcı Azər İsmayılovla nikahından dünyaya gəlib. Cütlük 2009-2013-cü illərdə ailəli olublar. Azər 2016-cı ildə ikinci dəfə ailə qurub.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
603 599 556 500 555 494

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.