DeepDark

DeepDark Şeirlər 15-02-2018, 20:18

Bir Qızın Tənhalığı ( Yeni Şeir )

Bir Qızın Tənhalığı ( Yeni Şeir )
Bir Qızın Tənhalığı ( Yeni Şeir )


Payızın küləkli bir səhəriydi təbəssüm üzlərdə
Tanrı ona da həyat verdi, yaşamağa görməyə
Dayanmadan ağlayır kənardan isə gülüş səsləri
O balaca bir qızdı sadəcə böyümək istəyi


Unudulmaz anlardı sevinclərlə bu dəqiqələr
Tamamdır artıq bir yaşı, təbriklər və hədiyyələr
Dünya necə də gözəldir, ətrafımda sevdiklərim
Tez zamanda böyüyüb onlara qayğı göstərim


İllər fəsillərdə keçdi istisiylə, soyuğuyla
Məktəbi bitirir indi, ali təhsil həvəsiylə
Evdəki söz - söhbət qəfil verilən son qərar
Onun bu ümid, arzularına qazmışdı məzar


Oxumaq nəyə gərəkdi, qız evdə oturmalı
Adımıza gəlməsin ləkə cammat nə deyər axı?
Lazımdır tez zamanda onu birinə ərə vermək
Bu xoşbəxtlik paradoksu dəyər ya, dəyər vermək


Həyat çətin olduğu kimi, biraz da mürəkkəbdir
Ölümə yazılan məktuba dağılır həyat mürəkkəbi
Ruhu tərk etmiş bədəni, gözlərində yaşlar var
Həyat gözəl olar bəlkə, gerçək olsaydı arzular.


Ps: Qız övladlarınızın xoşbəxtliyini qoruyun. Qoruduğunuzu zənn etməyin.


Müəllif və Yazar: Ali Məmmədli

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
510 570 466 494 536 554

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.