♔Princess♔

♔Princess♔ Xəbərlər 12-05-2016, 20:34

Bu ilin məzunlarına yeni xəbər var

Bu ilin məzunlarına yeni xəbər var


Bu ilin məzunlarına yeni xəbər var

Bu il son zəng iyunun 14-də çalınacaq.

Milli.Az bildirir ki, bu barədə anspress-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov dedi.

Onun sözlərinə görə, mövcud qanunvericiliyə uyğun olaraq və dünya təcrübəsini nəzərə alaraq dərs ilinin müddəti bu ildən etibarən iyun ayının 14-dək uzadıldığına görə, son zəng də həmin gün çalınacaq.

Nazirlər Kabineti dərs ilinin artırılması ilə bağlı "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi"nə hələ 2014-cü ildə dəyişiklik edib. Bu dəyişiklik bu ildən etibarən məktəblərə tətbiq olunub.

Dəyişikliyə əsasən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünüb, birinci yarımil sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil fevralın 1-dən iyunun 14-nə kimi davam edəcək.

Dərs ili ərzində tətillərin tarixi aşağıdakı kimidir:

Payız tətili - 16 noyabr 20 noyabr

Qış tətili - 27 yanvar 31 yanvar

Bundan əlavə ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşdiriləcək. Bu tətil mayın 1-dən 5-nə kimi olacaq.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində materialların tədrisi nisbətən məktəbdə asanlaşacaq. Bu da uşaqların xeyrinə olan bir məsələdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
655 693 656 612 733 623

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.