Esmeralda

Esmeralda Şeirlər 23-02-2018, 22:03

Bitməz həyat,gəlməz ölüm

Bitməz həyat,gəlməz ölüm


Kipriyimlə qor götürüb, Həsrət dolu baxışımla taleyimə yol çəkirəm.
Kədər adlı zəhrimarı ciyərimə bol çəkirəm.
Qədərimlə barışırıam, itaətə qol çəkirəm
Bu nə həyat, bu nə zülüm, bitməz həyat, gəlməz ölüm.

Bitməz həyat,gəlməz ölüm

Qınayanlar bu həyatda, hansı dərdə şərik oldu?
Gül baxçamda çiçək əkdim, tikan bitdi, qönçəm soldu.
Acılara sinə gərdim, gözümdən çox bağrım doldu,
Bu nə həyat, bu nə zülüm, bitməz həyat, gəlməz ölüm.



Gözümdən yaş sel-su kimi axan zaman,
Silmədi ki, bu yaşları bir tək insan,
Bəzən bezib, bu dərdlərə etdim üsyan,
Ha cağırdım, ha bağırdım, çıxmadı ki, səsim-ünüm.
Bu nə həyat, bu nə zülüm, bitməz həyat, gəlməz ölüm.



Üfüqlərə can ataraq, bu dərdlərə şirin dedim,
Günəşimi gözləyirəm, səhərlərdi biri dedim,
Yay günündə qar yağdırıb, bəxtimə afərin dedim.
Bu nə həyat, bu nə zülüm, Bitməz həyat, gəlməz ölüm.



Mən hələ də yürüyürəm, bir üzüm ağ, biri qara,
Hardan bilim bu cahanın sonu gedib çıxır hara?
Güc almışam imanımnan, gücüm çatar buludlara,
Dərdlərimi nərdivan tək ayağıma sərim dedim.



Bitmə həyat, gəlmə ölüm.
Hələ çoxdur bu dünyada işıq dolu ömür-günüm,
Hələ çoxdur bu dünyada sevgi dolu ömür-günüm,
Bitmə həyat, gəlmə ölüm...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
830 839 862 769 730 767

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.