reklam
Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA http://take.az/uploads/posts/2018-03/1520098140_1.jpg

Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA

Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA
Gözəl görünmək istəyən xanımlara kosmetoloqdan ÖZƏL MASKA

Yağlı, quru və qarışıq dərilər üçün maska

Gözəl görünmək hər qadının arzusudur. Hansı qadın təmiz və qüsursuz dəriyə sahib olmaq istəməz ki?! Ancaq bunun üçün xanımlar evdə dərilərinə qulluq etməli, müxtəlif maskalar düzəltməlidirlər. Kosmetoloq Xariqə Quliyeva Aile.lent.az-ın xanım oxucularına 3 özəl maska reseptini açıqlayıb.
Kosmetoloq yağlı dərilər üçün bal və banan maskası məsləhət görür. Bu maska dəridəki yağı tarazlayır və ölü dərilərin aradan qaldırılmasını təmin edir.

Tərkibi:
- 3 xörək qaşığı əzilmiş banan
- 1 çay qaşığı bal
- Bir neçə damcı limon suyu


Hazırlanması:
Bütün vəsaitləri yumşaq bir krem konsistensiyasına gələnə qədər qarışdırın. Göz ətrafından çəkərək bütün üz bölgəsinə tətbiq edin. 20 dəqiqə gözlədikdən sonra soyuq suyla durulayın.
X. Quliyeva quru dərilər üçün qidalandırıcı maska nın hazırlanması qaydası ilə sizi tanış edir.
2 çay qaşığı yağlı kəsmiyi 1 çay qaşığı bal və 1 xörək qaşığı təzə çəkilmiş kök şirəsi ilə qarışdırın. Maskanı üzünüzə çəkin və 15 dəqiqə saxlayın. Həftədə 1 dəfə tətbiq edə bilərsiniz.
Qarışıq dərisi olan xanımlar isə bu maskadan faydalana bilər.
Xiyarı rəndələyib suyunu sıxın. Xiyar şirəsinin üzərinə bir az bal əlavə edib qarışdırın. Maskanı təmiz dəriyə çəkin. Quruduqdan sonra üzünüzü soyuq su ilə yuyun. Maskanı həftədə 1 dəfə tətbiq edə bilərsiniz. Bu maskanın tərkibindəki bal dəriyə elastiklik verir və onu gəncləşdirir. Xiyar isə dərini nəmləndirir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 313 393 324 323 354

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.