Esmeralda

Esmeralda Mətbəx 9-03-2018, 17:28

Bibərli kələm salatı

Bibərli kələm salatı


Tərkibi:
(6-8 porsiya üçün)
500 q ağ kələm
200 q xiyar
Yarım şirin bolqar bibəri
Yarım limon
Yarım ç.q duz
Yarım dəstə şüyüd
3-4 x.q zeytun yağı

Hazırlanması:
Kələmi kibrit çöpü uzunluğunda doğrayın.

Üzərinə duz və limon suyu əlavə edin.
Bundan sonra kələmi yaxşıca qarışdırın. Bir-iki dəqiqə qarışdırmaq bəs edər. Limon suyu və duz kələmə hopmalıdır. Kələm yumşalmalı və bir az sulanmalıdır.

Bibəri də uzun formada doğrayın. Xiyarı da bibər və kələmə uyğun şəkildə doğrayın. Şüyüdü isə xırda-xırda doğrayın.

Üzərinə duru yağı gəzdirin.

Ərzaqları bir-birinə qarışdırın. Hazır salatı iki gün soyuducuda saxlamaq olar. Salat qaldıqca suyu çıxacaq, amma bu onun keyfiyyətinə xələl gətirməyəcək. Onu da qeyd edim ki, bu salat əsl pəhriz salatıdır.

Nuş olsun!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
619 722 661 590 553 535

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.