Möcüzəli Talehim Bölüm 22
Ailələr arası söz üzüyü taxıldıqdan sonra Anargil evlərinə yollanmışdılar.Evliliyin baş tutacağına Samirə və Heydərdən başqa heç kim ürəkdən sevinmirdi.Indidən nişanın tarixini dəqiqləşdirir, toyun harda baş tutacağına qərar verməyə çalışırdılar.Anar isə səssizcə kənarda oturub ailəsinin gerçək sandığı bu saxta teatrı izləyirdi..Ayanı üzdüyü üçün içindən özünə nifrət qussada üzdə bunu biruzə vermirdi.Ayanın gözündə canavardan fərqi olmadığına adı kimi əmin idi artıq..
Rüstəm bəyin ürəyi narahatlıqla dolu idi,Anargili yaxından tanımağa fürsət tapmadan evlilik məsələsi atılmışdı ortaya..Başda etiraz etmək istəsədə Ayanı incitməmək üçün razı olmuşdu.Nişan və toyun bu qədər tez baş tutacağı gözlənilməz oldu.Sadəcə elçilik olacağını düşünsədə hər şeyin belə tezləşməsi onu dərindən sarsmışdı.Anarı yaxından tanıyıb necə biri olduğunu, qızını həqiqətən sevib-sevmədiyini müəyyənləşdirmək istəyirdi.. Ayan onun tək övladı,dəyərlisi idi.Anarla olan münasibətini ondan gizlətdiyi üçün qəlbi sınsada bunu ona bildirmirdi..Samirənin vəziyyətinin ağır olduğu gün kimi ortadaydı, qadına yazığı gəldiyindən söz üzüyünün indidən taxılmağına səssiz qalmışdı.Qonaqları yola saldıqdan sonra səsizcə balkona çıxıb Bakının ecazkar mənzərəsini seyretməyə başlayır. Soyuq havanı dərindən ciyərlərinə çəkib günün yorğunluğunu azda olsa xəfiflədirdi. Cibindən siqaret paçkasını çıxarıb qarşısına qoyur. Həkim əməliyyatdan sonra qadağan etsədə indi buna ehtiyacı vardı. Paçkanın içindən birini götürərək kibritlə yandırır. Bu gün onun üçün ağır idi çünki neçə ildir gözünün qabağında böyütdüyü,saçlarına sığal çəkməyə qıymadığı qızını alıb qoparacaqdïlar ondan..Bunun nə vaxtsa baş verəcəyini bilirdi ancaq bu qədər tez gözləmirdi.Əgər etiraz edərsə Ayanın gizlicə evlənməyindən qorxurdu çünki qızını gözəl tanıyırdı, ağlına qoyduğu şeyi nəyin bahasına olursa-olsun həyata keçirərdi...Siqaretin tüstüsü onu boğduğundan öskürməyə başlamışdı, Həlimə onun səsini eşidih qaçaraq balkona keçmişdi. Əlində tutğu siqareti görüb alaraq zibil qutusuna tullamışdı.
Həlimə'Rüstəm bəy, Allah eşqinə nə etdiyini sanırsan?Yeni əməliyyatdan çıxmısan, özünə yazığın gəlmir? '
Rüstəm"Qarışma Həlimə, bu gün istədiyimi edəcəm '
Həlimə"Yavaş danış, Ayan eşidib pis olar..Görəndə elə biləcək qızı ölümə yollayırıq'
Rüstəm"Ağzından yel alsın, elə danışma birdə'
Həlimə"Qızımız xoşbəxtdirsə bizə söz düşməz.Mən etiraz etdim guya nə oldu? Ayan evlənəcəm deyir başqa bir şey demir"
Rüstəm"Həlimə ,qızı tanımadìğımız insanlara verdik ilk səfərdə..Heç olmasa bir neçə ay tanışlıq yaradardıq"
Həlimə"Rüstəm bəy,sən qızını tanımırsan? Ağlına qoyduğu şeyi yerinə yetirməmiş əsla əlçəkməz.Həm də oğlanın ailəsi yaxşı insanlara oxşayırdılar,Ayan sevibsə bizə razı olmaq düşər"
Rüstəm"Təki sən deyən olsun; qızımı üzməsinlər bəsimdi "
Ayan isə güzgünün qarşısında durub bayram yumurtasına dönən sifətini silir, Anarın öpdüyü yanağına iyrənərək baxırdı..İçində ona qarşı yaranan sevgi bir anda puç olmuşdu..Ailəsinin xatirinə razı olmuşdu bu işə yoxsa ölsə belə evlənməzdi onunla..Sevda atası hirslənməsin deyə evlərinə getmişdi, Ayanı tək qoymaq istəməsədə anası Məryəmin danlanmasından qorxurdu..Ancaq bu işə bir əl çəkməliydi,dostuna yardım əlini uzatmalıydı..
Səhər açılsada Anar bütün gecəni yatmamışdı. Neçə gùndür anasını tək buraxmamaq üçün işədə getmirdi.Təkcə dünən gecə evdən uzaqlaşıb bara içməyə getmişdi. Yanına yaxınlaşan qızlara məhəl qoymadan içkisini içib evə geri qayıtmışdı..Qoluna taxdığı saatına baxıb telefonunu əlinə almışdı ,saatın 6 olmasına baxmayaraq Ayana zəng etmişdi. Ayan şirin yuxusundan diksinərək ayılıb cəld telefona baxmışdı. Anarın zəng etdiyini görüb açmaq istəməsədə susmadığını görüb məcburən açmışdı. Anar Ayanın danışmadığını görüb daha da özündən çıxmışdı.
Anar"Dilini udmusan? Bəlkə cavab verəsən əziz nişanlım? '
Ayan"Sənə cavab vermək məcburiyyətində deyiləm, özüdə nə nişanlım? "
Anar"Unutdun deyəsən önümüzdəki həftə nişanımızdı "
Ayan"Önümüzdəki həftə? ?Lənət olsun!"
Anar"Lənət oxuma sevgilim, axı həmin gün bizim ən xoşbəxt günümüz olacaq"
Ayan'Məni sinir etmə!Deyəcəyin başqa bir şey yoxdursa telefonu söndürürəm'
Anar"Dayan! işlərimi həll edim sonra nişan üzüyü almağa gedəcəyik birlikdə,xəbərin olsun"'
Ayan hirslə telefonu söndürüb yatağın üstünə atır..Hər şey ildırım surətiylə baş verirdi sanki..Atasının belə tez razı olmağı ona böyük şok yaşatmışdı, ancaq bir tərəfdən də sevinirdi çünki Rüstəm bəy razı olmasa işlər daha da çətinləşə bilərdi..
Kənan səhər gözünü otel otağında tapmışdı.Gecə birlikdə olduğu qız çoxdan çıxıb getmişdi..Əlini ağrıyan başına tutub ufuldamışdı.Paltarlarını geyinib cəld oteldən çıxmışdı. Taksiyə minmək istəsədə cibində pulunun az olduğunu görüb avtobusa minərək evə getmişdi.Qapını açıb astaca içəri girmək istəyirdi ki,masada əyləşib səhər naharı edən Ayanı görüb yerində dayanmışdı.
Ayan'Kənan? Hardasan neçə gündü? indi gəlirsən evə? "
Kənan"Halım yoxdu sonra danışarıq"
Ayan"Dayan görüm, hara belə? içki içmisən sən? "
Kənan"İçmişəmsə sənə nə? mən sənin həyatına qarşıram? Narahat olma yaxında gedəcəm bu evdən, birdə sizi narahat etməyəcəm! Bu arada sənə də xoşbəxtlik arzu edirəm!
Ayan şok vəziyyətdə otağına girərək qapını çırpan Kənana baxırdı..Onun bu hərəkətlərinə anlam verə bilmirdi..Artıq onunla əvvəlki kimi mehriban ,yaxın deyildilər...Nə olursa-olsun onunla arasını düzəldəcəkdi, dostunu itirmək fikri yox idi..
3 gün sonra..
Samirəgil banket zalı tutaraq həftə sonu nişan üçün yer ayırtmışdılar. Rüstəm hər şeyin belə tezləşdirilməsinə hirslənsədə Həlimənin təkidiylə səssiz qalmışdı.Yaxından qohumlarından ancaq Ayanın dayısı həyatda olduğundan çağıracaq başqa adamları yox idi,dayısınında onlarla münasibəti soyuq olduğundan ancaq toy-nişanda görüşə bilirdilər..Dost-tanışa zəng edərək xəbər verib nişan məclisinə dəvət etmişdilər. Bu gün isə Anar Ayanı evlərindən götürərək üzük almağa yollanmışdı.Ayan etiraz etsədə Anar zorla qolundan tutub maşına mindirmişdi.Onu tanıdığı yaxın zərgərinin yanına aparmışdı.Zərgər əlində olan dəyərli əşyaları onlara sərgiləsədə Ayan vecsizcə qıraqdan baxırdı.Sanki nişanı olan o yox başqası idi..Anar sonunda dözməyib onu qolundan tutaraq yaxına gətirmişdi. Gözoxşayan təkqaş üzüyü yaxınlaşdìraraq barmağına taxmışdı.Üzük Ayanın əlinə çox yaraşırdı, Anar zövqlü olduğundan ilk baxışdan Ayana hansının yaraşacağını ayırd etmişdi.
Anar"Necədi? bəyəndin? "
Ayan"Fərqi yoxdu mənim üçün"
Anar"Necə yəni Fərqi yoxdu? bu bizim nişanımızdı"
Zərgər"Anar bəy, xanımın barmağındakı üzük əlimdəki ən dəyərli maldı. Özüdə ona çox yaraşdı, bütün xanımlar naz etməyi xoşlayır, məncə bu üzüyü seçin"
Zərgər təriflər sovuraraq üzüyü onlara satmışdı.Anar özünə zərif sadə üzük seçərək pulunu ödəyib ordan ayrılmışdı.Yol boyu ikisinində səsi çıxmırdı.Anar"Sabah anamgillə birlikdə nişan paltarı almağa gedəcəksiniz, indidən deyirəm çox açıq olmasın, bütün kanallar orda olacaq, camaatın dilinə düşmək istəmirəm. Başqa vaxt nə istəsən geyinərsən"deyib onu evlərinə qoyub şirkətə qayıtmışdı.Anarın əmr tonuyla danışması Ayanı sinir edirdi..
Gülşən əlindəki stəkanı yerə ataraq çilik-çilik etmişdi. Əsəbdən üzü gömgöy olmuşdu. İşçiləri qorxaraq kənarda dayanmışdılar.
Gülşən'Necə yəni evlənir hə? Yox, bu ola bilməz!Anar məndən başqasını sevə bilməz. Buna əsla izin verməyəcəm əsla"






