RəsuL

RəsuL İslam Dini 19-03-2018, 00:25

Əsl İslam

Əsl İslam


Bir xahiş edirəm. Sona qədər oxu ALLAH Rzası üçün.


Bildiyimiz kimi məzhəblər, təriqətlər, firqələr dini o qədər hissəyə bölüblər ki, artıq İslam tanınmaz bir hala düşüb. Ayələri örnək verməklə “Əsl İslamı” sizə Qurandan göstərəcəm. Yəni Quranı oxumaqla heç bir şeyxə, mollaya, məzhəb imamına ehtiyac olmadan İslam dinini anlamaq və yaşamaq mümkündür.

İslamın əsas meyarı təslimiyyət, barış deməkdir. Hz İbrahimlə yeni bir səviyyəyə çatan (4:125, 22:78), bütün peyğəmbərlər və elçilər tərəfindən çatdırılan bu ilahi sistem Allah tərəfindən bu kəlmə ilə tanıdılır ( 5:111; 10:72; 98:5).
Ancaq Allaha təslim olmaqdır (2:112,131; 4:125; 6:71; 22:34; 40:66).
Yaradılışımızdakı sistemdir (30:30).
Nəyinsə doğruluğunu qəbul etmək üçün qarışıqlıqlara və duyğuya deyil ağıla müraciət etməmizi istər (17:36; 4:174; 8:42; 10:100; 11:17; 74:30-31).
Bilgi, öyrətmək və öyrənməyə önəm verər (35:28; 4:162; 9:122; 22:54; 27:40; 29:44,49).
İnsanın yaradılışını elmi olaraq araşdırmağımızı deyər (29:20).
Allah ilə bəndəsi arasına din adamlarının və şəfaətçilərin girməsini rədd edər (2:48; 9:31-34).
Dindən gəlir götürməyi qadağan edər (9:34; 2:41,79,174; 5:44; 9:9).
Hər kəsin yaşamaq haqqına hörmət göstərər (5:32).
Şəxsin özəl həyatına hörmət göstərilməsini əmr edər (49:12).
Şahidlik edəcək şəxsləri təhdidlərdən qoruyar (2:282).
Birinin günahını başqasına yükləməz (53:38).
İmkansızlara baxmağımızı və kömək etməyimizi istər (6:141; 7:156).
İnsanları irqə və cinsə görə ayırmaz (49:13).
Qadınları kişilər ilə bərabər görər (3:195; 4:124; 16:97).
Haqqı tapdalananlara arxa çıxmağımızı əmr edər (4:75).
İnsanları doğruluq və gözəl əxlaqda yarışmağı təşviq edər (16:90).
Əxlaqi dəyərlərin yüksək tutulmasını istər (25:63-76; 31:12-20; 23:1-11).
Allah qatında tək dinin İslam olduğunu bildirər (3:19,85).

Son olaraq qeyd edim ki, barış və təslimiyyət dini olan İslamın ilahi sisteminin yerini almağa çalışmış üləma tərəfindən yaradılan hədis, sünnət, məzhəb qaydaları dinə o qədər uydurmalar əlavə etmişdir ki, insanın xəyal gücünə sığmaz. Ona görə də hər bir imanlı müsəlman Quranı “servantın” üzərindən götürüb oxumağa cəhd etməlidir. Nə qədər ki, Quranın içindəkiləri bilməyəcəyik o qədər də bizi din adına, Allah adına aldadacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
907 973 865 912 799 859

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.