_Uğurböceyi_

_Uğurböceyi_ Sevgi / Şeirlər 19-03-2018, 23:06

Yalan Sevgi

Yalan Sevgi

Yalan sevgi
Əlvida sözünü duyub dilimdən,
Göstərmə özünü, güya çaşmısan.
Məni sevirdinsə, gözlərimdə sən
Bəs necə bu qədər cılızlaşmısan?

İtirmək, ayrılıq- bu cür qorxular,
Hər an daxilimdə yatırdı mənim.
Yalan "sevirəm"lər, yalan duyğular,
Başımı necə də qatırdı mənim.

Qorxduğum sonunda başıma gəldi,
Mən hardan biləydim yalançısan sən?
Senin yalanlarin bagrimi deldi,
Bu dərdə tab edim, nəcür dözüm mən?

Axı nə vecinə, oynatdın məni,
Neçə il qəlbində oyuncag kimi.
Mənsə üstün tutdum hamıdan səni,
Inandım sevginə bir axmaq kimi.

Yıxılan ağlamaz deyiblər amma,
Güya ki ağlasam nə faydası var?
Gözləyir tənhalıq, ya əcəl, ya da,
Məni həsrət ile qaranlıq məzar.

Sən isə fəxr elə əməllərinlə,
Yaşa həyatını bildiyin kimi,
Aldadıb çoxusun öz əllərinlə,
Silərsən məni sildiyin kimi.

Həyatda hər şeydən küsdüm, incidim,
Çiçək tək hər arzum istəyim soldu.
Mən ilk məhəbbətim, ilk eşqim dedim,
Sonunda məhəbbət qatilim oldu.


AmiL NovreS


Yalan Sevgi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1265 1330 1329 1144 1281 1187

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.