Nicat Babaşov

Nicat Babaşov Şeirlər 29-03-2018, 00:37

"Kağızdan Ömür"

"Kağızdan Ömür"
"Kağızdan Ömür"


Əzilmiş kağızdan fərqlənmir ömrüm,
Əldən-ələ keçir atılır yerə.
"Atmayın zibili, qalmayıb gücüm,"
Bir qadın hər səhər bərk-bərk deyinir.

Çəkir süpürgəsin gözəl illərə,
Tozlanır aylarım xəkəndazında.
Üstümə yazılan xatirələrə,
Dəyir çirkli günlər, pozulur tamam.

Düşürəm qaranlıq zibil qabına,
Üstümdə özümdən ağır ömürlər.
Bizi atacaqlar gələn maşına,
Ordan da ömürlər cəhənnəminə.

Geri qayıtmağım çətindən çətin,
Deyil səbəbkarı, hər kim olubsa.
Səhvindən inciyib həmin dəftərin,
Yazdığı ömrümü qoparan uşaq.

Olmaya bilərdim olduğum yerdə,
İndi yanınızda mən olmasaydım.
Yəni çox ucuzam yer kürəsində,
Varlığım bərabər sıfır, boş çoxluq..

Müəllif: Nicat Babaşov

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
609 666 606 562 558 575

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.