Gəmi "Min bir gecə" serialının çəkildiyi malikanəyə girdi - video
İstanbul boğazında gəmilərdən biri məşhur Həkimbaşı Salih Efendi malikanəsinə çırpılıb.
Loading.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “Min bir gecə” serialının çəkildiyi malikanə nəticədə dağılıb. Əyləci tutmayan gəmi Malta bayrağı altında səfərdə olub. Məşhur tədbirlərin keçirildiyi malikanədə “İstanbul qırmızısı” filmi də çəkilib.
Bundan başqa, Şəbnəm Bozoklu, Aslı Tandoğan kimi aktrisaların toyu da həmin məkanda keçirilib.