Loading.Az axsam.az-a istinadən ev şəraitində saç uzatmanın yollarını təqdim edir:[/i]
Yumurta - Saç uzatmaq istəyənlərin ən çox müraciət etdiyi təbii vasitələrdən biridir. Yumurta saç tellərini bəsləyərək həcm qazandırır və daha sağlam uzanmasına kömək olur.[/i]
Zeytun yağı - Çox təsirli bir nəmləndiricidir və saçı yumşaldaraq asan daranmasına, gözəl görünüş almasına kömək edir. Xüsusilə boyadan, maşadan köhnəlmiş saçlarınız qırılırsa və bu səbəbdən tez-tez uclarından aldırmaq məcburiyyətində qalırsınızsa, zeytun yağını mütləq istifadə etməlisiniz.[/i]
Limon - Xüsusilə həddindən artıq yağlı saçlardakı və saç dərisindəki çox yağın təmizlənməsində təsirli olan limon məsamələrin kiçilməsini təmin edir və yağ istehsalını azaldır.[/i]
Avokado - B5 vitamini ilə zəngin olan bu meyvə saç köklərini gücləndirir və uzanmasına kömək olur. Yağlı olduğu üçün daha çox quru saçlarda istifadə olunur.[/i]
Hind qozu yağı - Çox yaxşı bir nəmləndiricidir, saçı dərindən nəmləndirərək yumşaldır.[/i]