♔Princess♔

♔Princess♔ Məsləhətlər 19-05-2016, 21:00

"İce Tea" nin evdə hazırlanması (FOTO)

"İce Tea" nin evdə hazırlanması (FOTO)


Bu cür içkiləri evdə özünüzün asanlıqla hazırlaya bilərsiniz.

Əksəriyyətiniz artıq bir neçə ildir populyar olan soyuq çay tipli müxtəlif növlü içkilər içirsiniz. Onların hansı şəraitdə, necə hazırlandıqları haqda çoxlarının məlumatı yəqin ki, yoxdur. Bu çayların tərkibinin kimyəvi maddələrdən təşkil olunduğu isə hər kəsə məlumdur. Bu cür içkiləri içməkdənsə evdə özünüzün asanlıqla hazırlaya biləcəyiniz reseptləri sınayın.

Sizə ev şəraitində dadlı və fərqli soyuq çay hazırlamaq qaydasını təqdim edirik.


Lazım olan ərzaqlar:

5 ədəd kəklik otu zoğu
1çubuq darçın
2 ədəd limon
3 paket qara çay
1.5 litr su
Şəkər tozu zövqə görə

Hazırlanma qaydası:

Limonu əlinizdə bir qədər ovuşdurub suyunu sıxın. Suyu qazana əlavə edib üzərinə ədviyyatları və limon şirəsini tökün. Qazanı orta dərəcədə odun üzərinə qoyaraq qaynayana qədər saxlayın və altını söndrün.(Qaynamamalıdır).

Qazana paket çayları və şəkər tozunu əlavə edin. Əgər siz şirin sevərsinizsə, daha çox şəkər əlavə edə bilərsiniz, yaxud əksinə. 15 dəqiqə dəm almasını gözləyin.

Çay paketlərini çıxararaq otaq temperaturunda 1 saat saxlayıb,sonra başqa bir qaba ələk vaitəsilə süzün. İçkini soyuducuya qoyaraq istədiyiniz soyuqluğa çatdıqdan sora çıxarıb, stəkanlara tökərək sevdiklərinizlə nuş edə bilərsiniz.


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
835 741 645 684 740 754

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.