Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 14-05-2018, 21:36

"7 qitənin gözəli" seçildi - Fotolar

"7 qitənin gözəli" seçildi - Fotolar
"7 qitənin gözəli" seçildi - Fotolar

Bodrumda "Miss 7 Continents" ("7 qitənin gözəli") adlı gözəllik yarışması keçirilib.

Loading.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, müxtəlif şouların göstərildiyi gecədə ukraynalı modelyer Elana Bilikin bu il üçün hazırladığı bikinilər nümayiş olunub.

21 ölkədən gələn gözəllər müxtəlif libaslar və bikinilərdə tamaşaçı və münsiflər qarşısına çıxıblar. 2 saat davam edən tədbirdə ukraynalı Katerina Kaçaşvili (21 yaş) birinci olub. O, Malaziyada təşkil olunacaq "Dünya gözəli" yarışmasına vəsiqə qazanıb.

Müsabiqədə Litvanyadan qatılan Evelina Stepul (20 yaş) ikinci, Belarusdan qatılan Viktoriya Laurenka (25yaş) üçüncü, Latviyadan olan Estella Zaharkeviça (20 yaş) dördüncü, Monteneqrodan gələn Mariyana Lasosevic (21 yaş) isə beşinci olub.







Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
545 490 522 456 577 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.