Aysel "Eurovision"da ilk çıxışını etdi - Video

Aysel "Eurovision"da ilk çıxışını etdi - Video


Portuqaliyanın paytaxtı Lissabonda "Eurovision 2018" mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir.

Təmsilçimiz Aysel Məmmədova (Aisel) birinci olaraq səhnəyə çıxıb.


O, “I cross my heart” mahnısını uğurla ifa edib.
Qeyd edək ki, Azərbaycandan başqa, bu ilki müsabiqədə Avstraliya, Avstriya, Albaniya, Makedoniya, Ermənistan, Belarus, Belçika, Bolqarıstan, Macarıstan, Gürcüstan, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, Kipr, Latviya, Litva, Malta, Norveç, Niderland, Polşa, Rusiya, Rumıniya, San-Marino, Sloveniya, Serbiya, Ukrayna, Finlandiya, Xorvatiya, Monteneqro, Çexiya, İsveçrə, İsveç, Estoniyanın nümayəndələri çıxış edəcəklər.

Bu günki yarışdan sonra isə finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanacaq.

Finala vəsiqə qazanmış 10 ölkənin təmsilçiləri canlı şoudan sonra mətbuat konfransı keçirəcək. Bu mətbuat konfransında püşkatma nəticəsində finala keçən 10 ölkənin mayın 12-də çıxış ardıcıllığı müəyyən olunacaq.

Qeyd edək ki, böyük beşlik ölkələri – İspaniya, Böyük Britaniya, İtaliya, Almaniya və Fransa 2017-ci ildə “Eurovision”un qalibi olmuş Portuqaliya ilə birgə birbaşa final mərhələsində iştirak edəcək. Mənbə: axsam.az



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
620 596 572 561 497 516

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.