reklam
Möcüzəli Talehim Bölüm 35 Möcüzəli Talehim Bölüm 35 http://take.az/uploads/posts/2018-05/thumbs/1527178669_14316700_1524858807539639_8753445010407539131_n.jpg
❤Quen❤

❤Quen❤ Hekayələr 24-05-2018, 23:28

Möcüzəli Talehim Bölüm 35

Möcüzəli Talehim Bölüm 35


Anar təcili maşınına minərək şirkətdən uzaqlaşır. Əsəbdən yumruğunu rola keçirir dilinin altında söyüş mızıldanırdı.Ayanın səhv bir hərəkət etməyəcəyinə əmin idi ancaq Kənanla danışmağı belə ona qadağan etdiyi halda onunla gedib görüşmüşdü..Üstəlik Kənan ona aid olan dodaqlara, qadınına toxunmuşdu..
Ayan nəhayət ki,evə çatmışdı. İçəri girər-girməz divana əyləşib bu gün yaşadığı olayın şokundan qurtulmaq istəyirdi..Etdiyi ağılsızlıq ucbatından bir tərəfdən özünü danlayır, digər tərəfdən Kənana lənət oxuyurdu. Əlləriylə saçlarını qavrayıb sakitləşməyə çalışırdı ki,şiddətlə döyülən qapı diksinməsinə səbəb olub.Axı bu saatda heç kim gəlməməliydi, Anar bu vaxtı işdə olurdu..Bəlkə yenə o gəlib deyə düşünüb qorxaq addımlarla qapıya yaxınlaşır,gözlükdən Anarın gəldiyini görüb təəccüblənsədə içi rahatlayır. Cəld üst-başına çəki-düzən verərək qapını açır. Anar səbrli davranmağa çalışaraq heç nə demədən birbaş içəri keçir. Ayan onun arxasınca ağzı açıq şəkildə baxaraq qapını örtür.Anar əsəbdən bir yerdə dayana bilmirdi, Ayanla sadəcə danışmaq istəyirdi amma özünə hakim çıxa bilməməkdən qorxurdu.Ayan ona yaxınlaşaraq sual dolu gözlərini zilləyir.Anar cibindən çıxardığı buruşmuş zərfi ona tərəf uzadır."Al bax! "
Ayan"Bunlar nədi? "
Anar"Aç görəcəksən!"
Ayan zərfi açaraq içindən çıxan şəkilləri əlinə alır. Gözləri bərələ şəkildə hamısını bir-bir gözdən keçirir.Kənanın onu öpdüyü an çəkilmişdi hamısı..Axı necə? Buda bir oyun idi? Bunu kim, niyə etmişdi?
Ayan"A-Anar B-bax bunlar"
Anar"Əsl sən bax! Sənin o adamın yanında nə işin var idi Ayan? Hə? Cavab ver"
Qolundan tutaraq Ayanı sirkələməyə başlayır. Ayan həm utancından onun üzünə baxa bilmir həm də dili topuq vururdu.
Ayan"Nigah-dan son-ra z-zə-ng edib çağırdı "
Anar"Sən də heç tərəddütsüz getdin hə ?"
Anar qolunu daha da sıxdıqca Ayan incinirdi, asta tonla"Anar, qolum"dedikdən sonra Anar etdiyinin fərqinə varmış kimi qollarını buraxır. Amma əsəbi hələ də keçməmişdi.Əlindən qəza çıxacağından ehtiyat edirdi. Ayan gözündən düşən 1 damla yaşı silib sözünə davam edir"Getməyəcəkdim..Nömrəmi hardan tapıb bilmirəm amma mənə vida etmək üçün zəng etdiyini bildirdi..Köhnə dostluğumuzun xətrinə dedi Anar..Dayana bilmədim, kaşki getməzdim"
Anar"Ayan, o adam səni toy günü gəlinliklə qaçırmaq istədi, yenidən ona necə güvənə bildin axı? "
Ayan"Bilmirəm, lənət olsun!"
Anar"Alçaq!Utanmadan şəkillər çəkdirib iş yerimə yollayıb"
Ayan"İlahi!Axı bir insan necə bu qədər iyrənc ola bilər? "
Anar"Buda sənə dərs olsun!Yaxşı ki,başqasının əlinə keçmədi şəkillər. O-o alçağı öz əllərimlə öldürəcəm"
Ayan"Anar qurban olum heç nə etmə.Yalvarıram"
Anar"Mənə aid olana toxunmaq nədi görəcək o şərəfsiz"
Ayan"Bax, o istədiyini əldə edə bilmədi. Bizi ayıra bilmədi. Zavallınım biridi, qoy cəhənnəm olsun"
Anar"O bizdən əlçəkən deyil. Yaxşı bir dərs lazımdı ona.Sevdanı hamilə buraxanda elə odu!"
Ayan"N-nə??"Anarın dilindən tökülən sözlərlə sanki Ayanı tok vurur.Yox,bu qədər iyrənc ola bilməzdi..Axı, Sevda, onun nə günahı vardı? Bəs Səlim?
Ayan"Nə-nə danışdığının fərqindəsən? Axı, Səlim Sevdayla bir-birilərini sevdiklərini, uşağın ondan olduğunu bildirdi"
Anar"Saf Ayan..Səlim əsl kişi kimi çarəsiz bir qıza yardım etdi sadəcə...Kənan kimi içkili halda toxunub sonrada hər şeyi unutmadı "
Ayan"Ay Allah yuxudayam sanki..Sevda və Kənanın arasında indiyə qədər heç nə olmamışdı"
Anar"düzdü olmayıb. Sevda Kənana aşiq imiş sadəcə.Bizim nişan günümüzdə sərxoş halda gəldiyi üçün Səlimlə birlikdə onu otelə aparıblar, olanlar orda olub elə"
Ayan"O səbəbdən Sevda həmin gün pis vəziyyətdəydi..Ax Kənan məhv etdin hamımızın həyatını"
Anar"Bu dediklərim aramızda qalsın, Sevdanında üstünə çox getmə.Sadəcə Kənanın əsl üzünü gör deyə dedim..Səni tanımasam, güvənməsəm şəkillərdə olanların gerçək olduğunu sanardım amma"
Ayan"Anar, bağışla məni sevgilim.Səndən xəbərsiz iş gördüyüm üçün bağışla"
Anar"Birdə olmasın balacam, sənsiz yaşaya bilmərəm mən. Saçının bir telinə ziyan gəlsə dünyanı dağıdaram"
İri qolları arasına sevdiyi qadını alaraq heç buraxmayacaqmış kimi bəmbərk qucaqlayır..

Gülşən Kənanla birlikdə əyləşib Talehdən xəbər gözləyirdilər.Anarın ofisdən çıxdığını görən kimi Talehi arxasınca yollamışdı.Evin kənarında dayanıb olub-bitənləri seyretməsini əmr etmişdi.
Gülşən "Səndə də az yox imiş Kənan bəy, rolunu çox yaxşı oynadın "
Kənan "Başqa çarəmiz var idi? Onları ayırmağın tək yolu bu idi. Ancaq Ayan mənə nifrət edir bilirəm"
Gülşən "Bu evlilik anlaşmalıydı onsuz, nə vaxtsa bitəcəkdi. Biz sadəcə vaxtını tezləşdirdik"
Kənan "Bəs sən verdiyin sözü nə zaman tutacaqsan? Heydərin qarşısına nə zaman çıxacayıq? "
Gülşən "Yaman səbrsizsən gənc..Çox yaxşı planlarım var, biraz döz.Çox yaxında hamı hər şeyi öyrənəcək."
Kənan "Ailəmin qatilindən hesab sormamış rahatlıq yoxdu mənə"
Gülşən"İntiqam alacaq tək şəxs sən deyilsən unutma..Dayan, Taleh zəng edir"
Taleh"Leyla xanım"
Gülşən "Buyur Taleh.Nə oldu? Vəziyyət gərgindi? Anar qolundan tutub bayıra atdı qızı? "
Taleh"1 saatdır burdayam; sakitlik hökm sürür"
Gülşən "Necə yəni? Nə danışdığının fərqindəsən? Hər şey olub-bitməliydi bu gün"
Taleh"Axı"
Gülşən "Şəkilləri Anarın masasına düzgün yerləşdirdiyinə əminsən? "
Taleh"Əlbəttə, düz kompüterin önünə qoymuşdum"
Gülşən "Lənət olsun"telefonu yerə çırparaq əsəbindən partlayacaq həddə çatır.
Kənan "Nə olub? Ayrılmayıblar? "
Gülşən "Yox!O balaca şeytan Anara neyləyib bilmirəm"
Kənan"Sözlərinə diqqət et!Anar Ayana güvəndiyi üçün şəkillərdəkinin qurma olduğunu anlayıb zənnimcə"
Gülşən "Nə güvənmək? O qıza niyə güvənsin ki? °Anar Ancaq məni sevir"
Kənan"Burda daha çox qalmayacam. Bundan sonra mənə ancaq Heydərlə bağlı bilgi əldə edəndə zəng et"
Gülşən Kənan otaqdan çıxan kimi əşyaları tökərək yerə dağıdır. Anar həqiqətən O qızı sevirdisə heç gözünü qırpmadan öldürərdi onu..
3 gün sonra..
Bu gün Anarın doğum günü idi.26 yaşım tamam olurdu artıq. Ayan ona sürpriz hədiyyə alaraq axşam evdə parti verməyi planlaşdırırdı.Anar isə
hər şeydən xəbərsiz yenə ofisdə, işinin başındaydı.Gülşənlə bir neçə dəfə iclas keçirsələrdə hələ də nəticə əldə etməmişdilər.Otağında əyləşib fikirlərə dalmışdı ki,döyülən qapı onu fikirlərdən ayıldır.
Anar"Gəl"
Gülşən"Salam Anar bəy, keçən günki layihəni hazırladım,bircə imzanız qalır"
Anar"Yaxşı eləmisiniz, gətirin qol çəkim"
Gülşən onun yanına gedərək əlindəki böyük dosyanı açır, imza atılacaq yerləri göstərərkən bir tərəfdən də açıqda qalan sinəsiylə onu başdan çıxarmağa çalışır ancaq Anar ona tərəf baxmır belə. İmza atıldıqdan sonra dosyanı qatlayıb Gülşənin əlinə tutuşdurur.
Gülşən pərt olsada bildirməməyə çalışır"Təşəkkürlər..Birdə işçilərinizdən eşitdim bu gün doğum gününüz imiş, təbrik edirəm"
Anar"Təşəkkür edirəm Leyla xanım"
Gülşən"Bəs qeyd etməyəcəksiniz? "
Anar"Yox, elə bir fikrim yoxdu "
Daha sonra telefonuna gələn zənglə"bağışlayın"deyərək zəngi açır.
Ayan"Anar? "
Anar"Aycan gözəlim"
Ayan"Axşam evə tez gəl ha"
Anar"Niyə ki?"bicliklə doğum gününü Ayanın dilindən eşitmək istəyirdi. Gülşən isə onun Ayanla şirin-şirin danışdığını görüb dəli olurdu.
Ayan"Doğum günün olduğunu unutdum sanma. Axşam parti var evdə.İşçilərinə de, onlarda gəlsin"
Anar"Baş üstə. İndi işdəyəm axşam görüşərik "
Gülşən"Mən gedim ən yaxşısı "
Anar"Yox dayanın Leyla xanım. Ad günümlə bağlı axşam evdə parti olacaqmış, yoldaşım işçilərimidə çağırıb.Siz də gəlsəniz şad olaram"
Gülşən"Əlbəttə gələrik.Dəvətinin üçün Təşəkkürlər "
Bu onun üçün əsl fürsət idi..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
402 314 353 350 380 327

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.