StatuSLar (5)
İlk üzür istəyən ən cəsurdur.
İlk bağışlayan ən güclüdür.
İlk unudan ən xoşbəxtdir...
Qadın, ən mükəmməl musiqi alətidir.
Amma heyifki hər kişinin musiqi notlarından başı çıxmaz...
Hərkəs hərkəsi eyni sevməz.
Kimlərsə qürurunun yetdiyi qədər,
Kimlərsə ömrünün yetdiyi qədər...
Axtardığını tapmaqdan çox,
Tapdığının qiymətini bilmək ən önəmlisidir...
Səsinizi yüksəltmək yerinə, sözünüzün təsirini artırın.
Unutmayınki çiçəkləri böyüdən şimşək deyil, yağan yağışdır...
Bütün bir gecəni, yuxusuz keçirməyə səbəb olan şeyləri, bir dəfəyə danışmaq mümkün deyil...
Eşq qapınızı döydüyündə, tələsib qapıya qaçmayın.
Bəziləri uşaqlar kimi, qapı zənginə basıb qaçar...
Sevgi çiçəkdirsə, hörmət onun saxsısıdır.
Əgər çiçək solubsa, diqqət edin saxsısı mütləq çatlamışdır...
Açıq sözlü olmaq yaxşıdır,
Ən pis ehtimalla, sonrada itirəcəklərini,
ən başda itirərsən...
Həyat budur, çox istəyərsən əmək verərsən, alınmaz.
Başqası istəməz, alınar amma qiymətini bilməz...
Mənə kar olanlara, dilsizəm bundan sonra...
Mən bu həyatda insanları ya acıları ilə yada xatirələri ilə xatırladım həmişə. Həyatıma girdikdən sonra dəyişməyən insan heç görmədim. Ya özünü toparlamağa gəldilər, ya da dağılmışlığın heyfini məndən almağa. Heç kim mənim xoşbəxt olmağımı düşünüb girmədi həyatıma.






