_Uğurböceyi_

_Uğurböceyi_ Şeirlər 9-06-2018, 23:37

NÜSRƏT KƏSƏMƏNLİ_ƏLVİDA DEMİRƏM, GÖRÜŞƏCEYİK

NÜSRƏT KƏSƏMƏNLİ_ƏLVİDA DEMİRƏM, GÖRÜŞƏCEYİK
NÜSRƏT KƏSƏMƏNLİ_ƏLVİDA DEMİRƏM, GÖRÜŞƏCEYİK


ƏLVİDA DEMİRƏM, GÖRÜŞƏCEYİK


Endi gözümüzə həsrətin çəni.
Hicran yaman yerdə haqladı məni,
Bu kədər yağışlı ayrılıq günü
Əlvida demirəm, görüşəcəyik...



İndi ağlayırıq biz için-için,
Sonu gələcəkmi bu qəmli köçün?
Hələlik deyirəm, təsəlli üçün
Əlvida demirəm, görüşəcəyik.



Bu qəmin əlində sola bilmərik,
Bir başqa sevgidə yana bilmərik,
Mən sənsiz, sən mənsiz qala bilmərik,
Əlvida demirəm, görüşəcəyik.



Gəldi bu ayrılıq dərd, qada kimi,
Batdıq qəm gölündə bir ada kimi,
Sən bir nəğmə kimi, sən səda kimi,
Əlvida demirəm, görüşəcəyik.



Qalandım məhəbbət ocağına mən,
Nə deyim sevginin bu çağına mən?
Bu inad həsrətin acığına mən
Əlvida demirəm, görüşəcəyik.




Müəllif: NÜSRƏT KƏSƏMƏNLİ.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
944 983 862 948 849 892

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.