_Uğurböceyi_

_Uğurböceyi_ Şeirlər 26-06-2018, 15:00

☂ Payızdır ☂

☂  Payızdır ☂
☂  Payızdır ☂


Payızdır…
Bu payız o payız deyil.
Elə bu mahnıyla bəmin bulaqlar
Keçən il vüsaldan oxuyurdular.
Ay sözlü bulaqlar, sərin bulaqlar,
Nədən səsinizdə bir intizar var?!
Hicran nəğməsidir indi nə yazsam,
Təbiət, sən məni aldadammazsan.



-Payızdır…
Bu payız o payız deyil.
Durnalar beləcə uçub gedirdi,
Yelpik qanadını açıb gedirdi.
Onda da toy-düyün fəsliydi payız,
Onda da sədalı-səsliydi payız…
Elə bil azalıb durna qatarı,
Elə bil çoxalıb toy intizarı.

Payızdır…
Bu payız o payız deyil.
Cığırlar kəməndə dönmüşdü onda,
Könüllü düşmüşdü kəməndə bir qız.
Günəş ovcumuza enmişdi onda,
İkimizin idi ən parlaq ulduz.
O payız toy üçün söz verdi mənə,
Bu payız oxşamır toy eyləyənə
.



Payızdır…
Bu payız o payız deyil.
Vazkeçdim...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
745 738 706 691 713 649

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.