Ehmedzade

Ehmedzade Hekayələr 8-07-2018, 11:10

Nə geri dönə bilərik o yolu, nə də davam edə bilərik

Nə geri dönə bilərik o yolu, nə də davam edə bilərik
Nə geri dönə bilərik o yolu, nə də davam edə bilərik


Gedənlər unudulmur heç bir zaman. Bəlkə alışırıq yoxluğuna ama unuda bilmirik. Həmişə izi sızıldayır sol yanımızda. Yaratdığı boşluq dolmur heç zaman. Doldurmaq düşüncəsi olmur da doğrusu. Çünki bilirik o boşluğu başqası doldura bilməz. Bilirik heç kim O ola bilməz. Heçkim o hissi yaşada bilməz. Eyni hisslər fərqli adamlarda mümkün deyil.
Onun yaratdığı dərin boşluq xəyallarımın məzarı olur zamanla. Ona hər hirslendik də, hər darıxdıqda, gəlmiyəcək gerçəyini təkrar təkrar qəbul etdikdə və minlərcə bunun bənzəri düşüncələrə büründükdə bir xəyalımızda öldürüb basdırırıq o boşluğa. Zamanla mezarlarla dolub daşır o boşluq. Başqasının toxunmağına icazə vermədiyimiz o boşluq məzarımız olur. .Diyəsən gedişinin ağırlığını da bu səbəbdən daşıya bilmirik. Bəlkə ona görə çiyinlərimiz çökür. Bəlkə bu səbəbdən belimiz bükülür. Bəlkə də o məzarlar üçün ağlayır gözlərimiz.
Gedişini qəbul edə bilməyəcəyimiz gəlsə də rəd edəcəyimiz kimsələrə çevrilir can dediklərimiz. Bəlkə bir gün alışırıq yoxluqlarına lakin unudulmağa gözləməsin gedənlər. Bunu bacaracaq nə güc qalıb bizdə nə də iradəli deyilik o qədər.
.Biz eşqin boş küçələrində tərk edilmiş balaca uşaqlarıq. Nə geri dönə bilərik o yolu, nə də davam edə bilərik.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
468 584 440 419 497 477

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.