Nani_Fit

Nani_Fit Məsləhətlər 10-07-2018, 11:35

Harada istirahət edək? - Tətilə getmədən öncə mütləq oxuyun!

Harada istirahət edək? - Tətilə getmədən öncə mütləq oxuyun!

Yay fəslinin başlaması ilə əlaqədar olaraq turizm mövsümü daha da aktivləşib. Lakin son bir neçə ildir ki, əhali arasında yerli turizmdən daha çox xarici turizmə maraq artıb. Bunun da əsas səbəbi xarici ölkələrlə müqayisədə Azərbaycanda qiymətlərin daha yüksək olmasıdır.

Bu gün Azərbaycanın regionlarında bir günlük istirahət təxminən, 100 manata başa gəlir. Bu isə o deməkdir ki, bir həftəlik istirahət üçün büdcənizdən ən az 700 manat ayırmalısınız. Bu bir nəfərin istirahəti üçün nəzərdə tutulan büdcədir. Ailəvi istirahət etmək üçün isə ən az 3000-3500 manat pul tələb olunur.

Bölgələrdə fəaliyyət göstərən istirahət mərkəzlərindən bir neçəsinin 1 günlük qiymətləri ilə tanış olaq:

Xızıda yerləşən istirahət mərkəzlərindən birində 1 günlük 1 nəfərlik paketin qiyməti 70-90 AZN təşkil edir . Qiymətə səhər yeməyi , otaqla təminat daxildir. 2 nəfərlik paketin qiyməti isə 130 manatdır.

Qubada yerləşən istirahət mərkəzlərindən birində 1 nəfərlik otağın qiyməti 80, 2 nəfərlik otağın qiyməti isə 170 manatdır. Qiymətə yalnız səhər yeməyi daxildir.

Xaçmaz da Qudabadan geri qalmır. Burada 1 nəfərlik otaqların qiyməti 80-100, 2 nəfərlik otaqların qiyməti isə 110-170 manat arasında dəyişilir.
Əsas turizm məkanlarından biri olan Qaxda isə qiymətlər 100-160 manat arasında dəyişilir.

Şəkidə isə qiymətlər 100-130 manat arasında dəyişilir.

Qəbələdə ən məşhur hotellərdə isə qiymətlər 150 AZN-dən başlayır.

Bakıda hotellərin 2 nəfər üçün bir həftəlik qiyməti isə 500-5000 AZN arasında dəyişilir.



İstanbulda isə bu qiymətlər 450 - 1,100 manat təşkil edir.

Gürcüstanda isə bu qiymətlər 306-700 manat təşkil edir.

Romada isə bir həftəlik 2 nəfər üçün olan qiymətlər 1000-4000 manat təşkil edir.

Barselonaya 4 gecə 5 günlük turların qiyməti 550-600 AVRO arası dəyişir. Qiymətə Bakıdan aviabilet, otel, səhər yeməyi, transfer və sığorta daxildir.



Havanın temperaturunun artması ilə əlaqədar olaraq çimərlik turizminə maraq artıb. Ötən illə müqayisədə cari ildə çimərlik turizminin qiymətində də artım nəzərə çarpır.

Bakıda əsas çimərlik turizm məkanlarının qiymətlərinə nəzər salaq:

Yerli vətəndaşlar üçün həftə içi qiymətlər- 35 AZN, həftə sonu qiymətlər isə - 50 AZN təşkil edir. Xarici vətəndaşlar çün bu qiymət 50-70 manat arasında dəyişilir.

0-6 yaşlı uşaqlar üçün pulsuzdur, 7-12 yaşlı uşaqlar üçün 15AZN.

Ayrıca olaraq VIP paltardəyişmə otaqları: 150 AZN (max 4 nəfər) təşkil edir.

2 nəfərlik taxta evciklərin qiyməti isə 50, bambukdan düzəldilən evciklərin qiyməti isə 20 AZN təşkil edir.

Bu cür çimərliklərdə uşaq baxıcıları da fəaliyyət göstərir. Onların hər saatının qiyməti isə 10 AZN təşkil edir. Həftə sonu 2 günlük 4 nəfər üçün hesablanmış VIP evlərin qiyməti isə 5 min manat civarındadır.

Bilgəhdə yerləşən çimərlik və hovuzlarda isə qiymələr günə görə dəyişilir. Həftə içi qiymətlər 20-23, həftə sonu qiymətlər isə 28 AZN təşkil edir. Qiymətə çimərlik və hovuza giriş, istirahət taxtı, çətir, soyunma otağı və müxtəlif əyləncələr daxildir.

Şıxov çimərliyində isə həftəsonu qimyətlər 15-20 manat təşkil edir.

Ən sərəfli qiymətlə hotel kirayələyən saytlardan biri olan Booking.com-da isə xarici ölkələrdəki qiymətlərlə tanış olmaq olar. Buradan əldə etdiyimiz məlumatlara əasasən deyə bilərik ki, qonşu Türkiyədə 3 ulduzlu, normal şəraitli bir hoteldə 2 nəfərlik otaqda 5 günlük gecələmənin qiyməti 262-300 manat arasında dəyişilir. Burada çimərliklərdə çadırların qiyməti 4-12 manat, çimərliklərə giriş qiyməti həftə içi 16, həftəonu isə 20 manatdır.

Azərbaycanlıların istirahət üçün üz tutduqları ölkələrdən biri də Gürcsüstandır. Burada iki nəfərlik istirahət qiymətləri təxminən 700-800 manat təşkil edir.Burada bəzi hotel qiymətləri yüksək olsa da, xidmətlərin qiyməti ölkəmizlə müqayisədə aşağıdır.

Gürcüstandakı tarixi yerlər, qədim hamamlar isə azərbaycanlıların diqqət mərkəzində olan əsas yerlərdən biridir. Buradakı Tbilisi hamamı isə olduqca məşhurdur. Məkanda yuyunma zalı, sauna, isti su baseyni, müalicəvi massaj mövcuddur. Qiymətlər də çox baha deyil. Xidmətdən asılı olaraq 1.5-10 dollar arası dəyişir.

Azərbaycandan fərqli olaraq qonşu Türkiyə və Gürcüstana axının əsas səbəblərindən biri də burada 2, 3 ulduzlu hotellərin də olmasıdır. Lakin təəsüflər olsun ki, bu gün Azərbaycanda daha çox 5 ulduzlu hotellər var. Təkcə varlı təbəqənin belə hotellərdə qalmağa gücü çatır.

Gördüyünüz kimi, Bakı və bölgələrdə istirahət qiymətləri xarici ölkələr ilə müqayisədə kifayət qədər yüksəkdir. Odur ki, doğma paytaxtda və rayonlarda turizmin qonşularımızdakı səviyyəyə gəlməsi hələ bir neçə il vaxt tələb edir. Ancaq son illər ölkəmizdə hiss edilən turist axını yəqin ki, bu sahəyə qoyulan investisiyaların artmasına və müəyyən problemlərin aradan qalxmasına səbəb olacaq.




Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
993 857 859 753 800 795

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.