_Yene_Tenha_

_Yene_Tenha_ İdman 12-07-2018, 12:31

Çempionlar Liqası: "Qarabağ" Sloveniyadan qələbə ilə dönür

Çempionlar Liqası: "Qarabağ" Sloveniyadan qələbə ilə dönür
Çempionlar Liqası: "Qarabağ" Sloveniyadan qələbə ilə dönür


Bu gün Azərbaycan klubları üçün avrokubok mövsümünə start verilib. Son 5 mövsümün çempionu "Qarabağ" mübarizəyə qoşulub.

Çempionlar Liqasında çıxış edən təmsilçimiz I təsnifat mərhələsinin ilk oyununa çıxıb. Ağdam klubu Sloveniyanın "Olimpiya" klubu ilə qarşılaşmada qüvvəsini sınayıb. Ardıcıl 5-ci dəfə qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan Qurban Qurbanovun yetirmələri ilk oyunu səfərdə keçirib. Lyublyananın "Stojitse" stadionunda baş tutan qarşılaşma təmsilçimiz üçün uğurlu alınıb. Azərbaycan çempionu Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb və cavab matçı öncəsi ciddi üstünlük əldə edib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 18-də keçiriləcək.



Sayta dərc etdi: Kənan0001

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
564 488 509 485 503 551

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.