“Ginnesin Rekordlar Kitabı”ndan ən qeyri-adi rekordlar

“Ginnesin Rekordlar Kitabı”ndan  ən qeyri-adi rekordlar


4 may 1951-ci ildə “Ginnes Brewery” şirkətini o zaman idarə edən direktor – cənab Hyu Biver, İrlandiyanın Veksford mahalına ova getdi. O, Avropada ən sürətli quşla bağlı mübahisənin şahidi olmuş, sonra bunun soraq kitabçalarından aydınlaşdırılmasının mümkün olmadığını başa düşdü. Bu an onun ağlına gəldi ki, bu kitab populyarlaşa bilər. 197 səhifəli “Ginnesin rekordlar kitabı”nın ilk nəşri 27 avqust 1955-ci ildə çıxdı və o, milad günündə artıq Böyük Britaniyada ən məşhur kitab oldu. İlk nəşrin çıxdığı məqamdan 400 milyondan çox surətləri satılmışdır. Kitab bu gün 100-dən çox ölkədə 23 dilə tərcümə olunaraq nəşr edilir. Bu dəfəki xəbərimdə sizi “Ginnesin rekordlar kitabı 2014” kitabında ötən illərə qədər olan 30 ən qeyri-adi rekordlarla tanış edəcəyəm.

1) Ən iri qarınayaqlı – nəhəng afrika molyuskudur (Achatina achatina). Fərdlərindən ən irisi başından quyruğunun ucuna kimi 39,3 sm-ə qədər idi. Çanağının uzunluğu 27,3 sm, molyuskun (ilbizin) çəkisi düz 900 qram təşkil edirdi (Paul Michael Hughes / Guinness World Records).



2) 100 metrlik maneələrlə qaçış üzrə rekord 22,35 saniyə təşkil etmişdir. Rekordçu, 13 sentyabr 2008-ci ildə Kölndə (Almaniya) alman qadın Maren Tsonker oldu (John Wright / Guinness World Records).



3) Dünyanın ən ağır limonu 5 kq 265 qram çəkiyə malik olub və Kfar Zeytim fermasında (İsrail) Aaron Şemel tərəfindən yetişdirilmişdir (Guinness World Records).


4) Cənubi Karolina ştatı, Mirtl Biçdən olan Skott Merfi, 30 iyul 2007-ci ildə 30 sm diametrə malik alüminium tavanı 30 saniyə ərzində bükdü. Bir qucumda alınmış “yumaq” 17,46 sm oldu (Guinness World Records).


5) Ən çox sayda pivə krujkalarını 40 m məsafədə daşıyan qadının əlində 19 ədəd krujka var. Buna, Mezenixdə (Almaniya) 9 noyabr 2008-ci ildə Ginnesin dünya rekordları günündə Anita Şvarts nail olmuşdur (Nick Hannes / Guinness World Records).



6) Sem Uekelinq, birtəkərli velosipeddə 2007-ci il, sentyabrın 29-dan 30-a kimi sutka ərzində Aberistuitə (Uels) 453,6 km məsafə qət etmişdir (Guinness World Records).



7) İsveçrədən olan Jan-Fransis Vernetti, 1985-ci ildən dünyanın 189 ölkəsinin mehmanxanalarından 8888 ədəd müxtəlif “Narahat etməyin” lövhəciklərini toplamışdır (Guinness World Records).



8) Miçiqandan olan Melvin Butun (soldan) dırnaqlarının ümumi uzunluğu 9,05 metrdir. Dırnaqlarını 8,65 m-ə qədər uzatmaq üçün 1979-cu ildən onları qırxmayan və səliqə ilə üzdən mişarlayan Li Redmont (sağdan), özünün “sərvətini” fevralda qəza zamanı itirdi (Ranald Mackechnie / Guinness World Records).



9) 24 aprel 2008-ci ildə Brextdə (Belçika) Unizo hadisəsində Cef Van Dikə 227 ədəd nazik idman köynəyi (futbolka) geydirildi (Guinness World Records).



10) ABŞ-dan olan Cek Şoff, birlikdə 1094 ədəd saat toplayaraq 17 iyun 2008-ci ildə ən böyük saat kolleksiyasına imza atmışdır (Guinness World Records).



11) 23 yanvar 2009-cu ildə yeni rekordu, Niderlanddan olan Uim Hof müəyyən etmişdir – O, qarda bütünlüklə basdırılmış şəkildə 1 saat 42 dəqiqə 22 saniyə keçirmişdir (John Wright / Guinness World Records).



12) Təbaşir ilə çəkilmiş nəhəng rəsm əsəri 8361,31 metr təşkil edir, onu 2008-ci il mayın 27-dən iyunun 7-ə kimi xüsusi uşaq layihəsi üçün Alameda (Kaliforniya) məktəblərindən 5578 uşaq çəkmişdir (Guinness World Records).



13) Macarıstanlı Xalapi Roland, 12 noyabr 2008-ci ildə qeyri-adi rekorda imza atmışdır: at, yanan Rolandı 472,8 metr sürümüşdür (Guinness World Records).



14) Yaponiyalı Keniçi İto, 100 metr məsafəni cəmi 18,58 saniyə ərzində iki əli və iki ayağı üstündə hamıdan tez qət edən insan kimi Ginnesin rekordlar Kitabına düşmüşdür. Rekord, 13 noyabr 2008-ci ildə Tokioda təyin edilmişdir (Guinness World Records).



15) 1 sutka ərzində ayağını yerə qoymadan velosipeddə ən böyük məsafəni qət edən şəxsin nəticəsi 890,2 km təşkil edir. 6-7 sentyabr 2008-ci ildə rekordçu, Sloveniyadan Marko Balo oldu (Guinness World Records).



16) Kanadadan olan Sarvan Sinqin saqqalı, çənəsinin ucundan saqqalın ucuna kimi 2,33 metr təşkil edirdi. Rekord, 11 noyabr 2008-ci ildə qeydə alınmışdır (Guinness World Records).


17) Ən böyük yeməli hamburger 74,75 kq çəkiyə malikdir və Miçiqan ştatı, Sautqeytdə “U Melli” qril-barının menyusunda 399 dollar qiyməti var. Bu dadlı hamburger 29 avqust 2008-ci ildə hazırlanmışdır (Ranald Mackechnie / Guinness World Records).



18) Böyük Britaniyadan olan Mayk Hovard, Somerset yaxınlığında (Böyük Britaniya) 1 sentyabr 2004-cü ildə 6522 metr hündürlükdə iki hava şarı arasındakı tirin üzərində yerimişdir. Bu fədakarlığı “Ginnesin dünya rekordları: 50 il, 50 rekord” teleşousu üçün videoya çəkdilər (Guinness World Records).



19) Monqolustandan olan dünyada ən kiçik insan – Xe Pinqpinq (onun boyu 74,61 sm-dir), ən uzun ayaqlı qadın – Svetlana Pankratovanın ayaqları arasında dayanıb. Pankratovanın ayaqları, rəsmi olaraq 131,83 sm təşkil edir (Andy Rain / EPA).



20) Dünyada ən hündür kişi – Türkiyə kürdü, Sultan Kosenin boyunu 21 sentyabr 2009-cu ildə Ginnesin rekordlar kitabının nümayəndələri ölçür. 27 yaşlı Kosenin boyu 246,38 sm təşkil edir (Seth Wenig / AP).



21) ABŞ-dan olan Kim Qudman, gözlərini göz yuvasından 11 mm qabağa verərək şişirdə bilir. Bu rekord, 13 iyun 1998-ci ildə Los-Ancelesdə “Ginnesin dünya rekordları: praymtaym” teleşousunda qeydə alınmışdır (Drew Gardner / Guinness World Records).



22) Bir şəxs, ən böyük sualtı dərinlikdə velosiped ilə 66,5 metr hərəkət etmişdir. Buna, 21 iyul 2008-ci ildə Santa Marqaraita Liqurda (Lquriya vilayəti, İtaliya), Vittorio İnnosente nail olmuşdur (John Wright / Guinness World Records).



23) İzobel Varleyin bədəninin 93%-i döymələrlə örtülmüşdür. Yaşa dolmuş (ahıl) insanlar arasında mütləq rekorddur (John Wright / Guinness World Records).



24) Almaniyadan olan Yuliya Pleçer, 100 m-lik məsafəni hündür daban ayaqqabıda 14,5 saniyəyə qaçmışdır.



25) Dünyada ən böyük pişik – Liqr Herkules, şir ilə pələngin hibridindən əmələ gəlmişdir. O, Cənubi Karolinanın vəhşi təbiətindəki qoruğunda yaşayır. Pişik, 3,3 metr uzunluqda 418 kq çəkiyə malikdir.





26) Filippindən olan Leylani Franko, o dərəcədə elastikdir ki, birdən-birə bir neçə rekordlara sahibdir. Misal üçün o, arxaya körpü şəklini alaraq (gimnastik termin) 20 m məsafəni cəmi 10,05 saniyəyə qaçmışdır. Bu körpü vəziyyəti, əl və ayaqların yerdə olmasını, belin isə tamamilə əyilməsini izah edir.





27) Təkərlərinin diametri 3,2 m təşkil edən velosiped, ən böyük velosiped kimi rekorda imza atmışdır. Bu, iblis paltarında məşhur hoppanma mütəxəssisi, Tur de Frans velosiped yarışının Almaniyadan olan qızğın azarkeşi Didi Zenft tərəfindən hazırlanmışdır.



28) Uzunquyruqlular ailəsinə aid olan bu cırtdan nümayəndə, bizim planetin ən kiçik primatı (meymunu) adını iddia etməyə hələ də davam edir. Ancaq, Latın Amerika cəngəlliklərinin bu sakini ilə rəqibin göstəricilərini müqayisə edərək, biz bu seçimə meyl edirik.



29) İnanılmazdır, lakin şokoladdan hazırlanmış dünyada ən böyük qatar tam həqiqətdir. Belçika paytaxtında şokoladın hər il keçirilən sərgisi üçün yalnız belçika lüks şokoladından qatar hazırlanmışdır. 34 m-lik bu möcüzəni hazırlamaq üçün 784 saat vaxt lazım gəlmişdir.



30) Yaponiyanın Nikko şəhərində ağaclarla olan dünyada ən uzun xiyaban (Cedar Avenue) mövcuddur. Bu fakt, rəsmi olaraq Ginnesin rekordlar kitabında qeydiyyata götürülmüşdür. Cedar Avenue, xeyli ümumi uzunluğa malikdir, yəni 37 km təşkil edir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1820 1854 1685 1549 1501 1623

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.