reklam
Yeni BMW X5 rəsmən təqdim olundu Yeni BMW X5 rəsmən təqdim olundu http://take.az/uploads/posts/2018-07/1533021385_1528802183.jpeg
Kənan Heydərov

Kənan Heydərov Avto Dünya 31-07-2018, 11:17

Yeni BMW X5 rəsmən təqdim olundu

Yeni BMW X5 rəsmən təqdim olundu
Yeni BMW X5 rəsmən təqdim olundu

Bavariya şirkəti flaqman krossoverinin dördüncü nəslinin sirrini tamamilə açıb. BMW X5 yeni platforma, tam yenilənmiş mühərrik qamması, çoxlu sayda orijinal texniki və rahatlıq innovasiyası alıb.

Yeni nəsil BMW X5-in əsasında CLAR arxitekturası dayanır ki, bavariyalılar bundan 5-ci və 7-ci seriyalarda istifadə ediblər. Bu, qabaqda ikirıçaqlı, arxada isə çoxrıçaqlı asmadan istifadə deməkdir. Bundan əlavə, BMW şirkəti X5 üçün bir sıra opsional variantlar da təklif edəcək. Məsələn, 40 mm diapazonda dəyişən pnevmatik asılqan və ya fəal sabitləşdiriciləri olan və arxa təkərləri döndərə bilən M-asılqan: yeni BMW X5-də tam idarəolunan şassi əlyetərli olub.

Yeniliyin ölçüləri də bir qədər böyüyüb. O, 36 mm uzun alınmaqla 5 metrə çatıb. Avtomobilin eni 66 mm böyüyüb, təkər bazası isə 2975 mm-ə çatıb. Hündürlük isə 17 mm kiçilib. BMW-dən bildiriblər ki, onlar sərnişinlər üçün daha geniş yer hazırlayıblar, lakin bununla belə, yeni X5-in tutumu azalmayıb: o, 645-dən 1860 litrədək həcmə malikdir.

Mühərrik qammasına gəldikdə isə, BMW X5 4 mühərriklə təklif olunur – iki benzin (bildirilir ki, onlar tam yenidir) və iki dizel. BMW X5 xDrive40i turbo yükləyicisi və birbaşa yanacaq sıçratma sistemi olan sıralı altılıqla təchiz olunur və 3,0-lirlik həcmlə 340 a.g. və 540 Nm fırlanma anı verir. Dartma gücü dəqiqədə 1500-dən 5200 dövrədəkdir. Yolsuzluq avtomobili 96 km/saat sürəti 5,3 saniyəyə yığır. Daha güclü variant turbinli V8-dir. 0, 4,4-litrlik həcmə malikdir, tam dəyişilib və 462 a.g., 650 Nm fırlanma anına (dəqiqədə 1500-dən 4750 dövrədək) malikdir. BMW X5 xDrive50i 96 km/saatı 4,6 saniyəyə yığır.

Bu ailə üçün baza variant 3,0-litrlik, 265 a.g. və 620 Nm fırlanma anına malik dizel altılıq olacaq, bundan daha güclü isə BMW X5 M50d-dir ki, o, 3-lirtlik, lakin 4 turbinli mühərriklə təchiz edilib. Bu mühərrik 400 a.g. və 760 Nm fırlanma anına malikdir. BMW X5-in bütün versiyaları tam ötürücü sistem (opsional olaraq arxa differensialla) və 8-pilləli avtomat sürət qutusu ilə, - istehsalçının sözlərinə görə, daha idmansayağı alınıb, - təchiz edilib. Maraqlıdır ki, gələcəkdə BMW X5 2-litrlik benzin mühərrik əsasında hibridli versiyada peyda olacaq. Bundan əlavə, bavariyalılar BMW X5M-dən də imtina etmək niyyətində deyillər.

Yeni BMW X5 noyabrda satışa çıxarılacaq. Lakin hələlik satış ABŞ-da nəzərdə tutulub. Bavariyalılar yolsuzluq avtomobilini, əvvəllər də olduğu kimi, Spartanburqdakı zavodda istehsal edəcəklər.















Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
435 462 375 408 406 352

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.