Niyə itiririk ki biz?..

Bəzən öz-özümə sual verirəm. . Niyə itiririk ki biz?.. Niyə Tanrı bizi sevdiklərimizlə sınağa çəkir?..Məgər, biz bu qədərmi çirkin bəndələrik?? Məsələn, mən itirməyimlə heç cür barışa bilmirəm.. Qazanmaq üçün dirəndiyim bu qədər vaxta baxmayaraq sonda itirdiyimi qəbul etmək istəmirəm..Mənim həyatım cücərmə üçün qışın şaxtası, yayın quraqlığı ilə mübarizə aparıb tam da torpağın altından baş qaldırdığı zaman anidən ayaqlar altında qalması ilə məhv olan bir çiçəyin həyatına bənzəyir..Nə qədər mübarizə aparırsa aparsın sonda yenə də <<Faciə>> ilə nəticələnir..






