Ulya

Ulya Mətbəx 7-08-2018, 16:40

Quru əncirli qurabiyə

Quru əncirli qurabiyə

Tərkibi:

125 qram otaq istiliyində marqarin
1 ədəd yumurta
Yarım su stəkanı şəkər kirşanı
3-4 ədəd nazik doğranmış quru əncir
2 yemək qaşığı hindqozu
1 paket qabartma tozu
2 su stəkanı nişasta
Aldığı qədər un

Hazırlanması:

Böyük bir kasada marqarin, şəkər kirşanı, yumurta, hindistan qozu və qabartma tozunu salaq.

İçinə nişasta əlavə edərək yoğuraq. Xəmiri toplayana qədər un əlavə edərək yoğurmaya davam edək. Daha sonra içinə əncirləri əlavə edərək qarışdıraq.

Hazırladığımız peçenye xəmirinə əlimizlə şəkil verək.

Kökələri əvvəldən isidilmiş 180 dərəcə sobada altları qızarana qədər bişirək. Bişən peçenyeləri məcməyidə soyudandan sonra xidmət edək.

Xidmət etmədən əvvəl arzuya görə şəkər kirşanı ilə bəzəyə bilərsiz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
520 553 526 513 526 481

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.