_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 10-08-2018, 19:39

LG Q8 smartfonu hərbi standarta uyğun hazırlanıb

LG Q8 smartfonu hərbi standarta uyğun hazırlanıb


"LG" şirkəti 6,2 düym diaqonallı "FullVision" ekranı və stilus ilə təchiz edilən "LG Q8" (2018) smartfonunu təqdim edib.

Aparat əsası birkristallı "Snapdragon 450" sistemindən ibarət yeni qurğunun operativ və quraşdırılmış yaddaşı müvafiq olaraq 4 və 64 giqabayt təşkil edir. Bundan başqa, yaddaş kartı quraşdırmaq mümkündür.

Məlumata görə, tək olan əsas kamera 16 meqapikselli təsvir ölçüsünə malik ötürücü və mərhələli avtomatik fokuslanma sistemi ilə təchiz edilib. Aşağıda daktiloskopik ötürücü yerləşir. 100° baxış bucaqlı ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.

Smartfon 3,5 mm və "USB-C" çıxışları, "Wi-Fi" və "Bluetooth" modulları, eləcə də ayrıca audioprosessor və "DTS:X" həcmli səsləndirmə texnologiyası dəstəyi ilə təchiz olunub.

Bundan əlavə, smartfon ABŞ-ın "MIL-STD 810G" hərbi standartına, eləcə də "IP68" mühafizə dərəcəsinə uyğun hazırlanıb. Bu isə o deməkdir ki, smartfon sukeçirməz və zərbəyədavamlıdır.

Akkumulyator tutumu 3300 milliamper/saat təşkil edir və "Qualcomm Quick Charge 3.0" sürətli enerjidoldurma texnologiyası dəstəklənir.

"LG Q8" (2018) smartfon modeli 480 dollara təklif olunur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
539 518 521 437 497 522

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.