Kənan Heydərov

Kənan Heydərov Xəbərlər 11-08-2018, 10:52

Amerikalı aparıcı verilişini Naftalana həsr etdi

Amerikalı aparıcı verilişini Naftalana həsr etdi
Amerikalı aparıcı verilişini Naftalana həsr etdi


ABŞ-ın geniş auditoriyaya malik olan “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor Azərbaycana səfəri zamanı ölkəmizlə bağlı silsilə reportajlar hazırlayıb.

Axşam.az xəbər verir ki, radioverilişin reportajlarından biri də möcüzəli və şəfaverici Naftalan neftinə həsr edilib.

Radioverilişdə Naftalan şəhərinin müalicə turizmi sahəsində geniş təcrübəsi, o cümlədən dünyada bənzərsiz xüsusi növ neftlə müalicə üsulları barədə məlumat verilib.
Aparıcı qeyd edib ki, Naftalan müalicəvi əhəmiyyətə malik neftinə görə tanınır. Lakin bu neft avtomobillərdə və təyyarələrdə istifadə olunan neftdən deyil. Müalicəvi xassələrə malik bu neft Naftalan nefti kimi məşhurdur. Naftalan neftində gözəllik və müalicə üçün sanki bir möcüzə var.

Con Batçelor bildirib ki, əgər bir vaxtlar Naftalana yalnız keçmiş Sovet İttifaqı ölkələrindən çoxlu sayda insan gəlirdisə, indi 60-dan artıq ölkədən, hətta Amerikadan da buraya gəlirlər. O, Naftalan neftinin müxtəlif xəstəliklərin müalicəsində faydalı xüsusiyyətlərini dinləyicilərin diqqətinə çatdırıb.

Qeyd edək ki, məşhur “Con Batçelor Şou” radioverilişinin aparıcısı Con Batçelor 30 iyul-3 avqust tarixlərində Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində o, ilk dəfə olaraq ardıcıl surətdə Azərbaycan haqqında yeddi müxtəlif veriliş hazırlayıb.

“Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr edilir, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə geniş çeşidli radiokanallar tərəfindən həm canlı, həm də audio yazısı yayımlanır. Həftənin hər günü yayımlanan bu şou ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
507 503 491 486 436 489

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.